۱۳۹۰ اسفند ۱۱, پنجشنبه

ANKARADA PKK-çılar AZƏRBAYCANLILARA HÜCUM ETDİ

اورمو ایشچیلری :
Dünən axşam saatlarında Ankara Universitetinin siyasi bilgilər fakültəsində azərbaycanlı tələbələr PKK yanlı kürdlərin hücumuna məruz qalıblar. Bu haqda “Yeni Müsavat”a Ankaradakı diaspor təmsilçimiz Zaur Bayramlı məlumat verdi. Bizimlə danışarkən o, hadisə yerində idi. O qeyd etdi ki, kürdlər ermənipərəst mövqedən çıxış edərək qəfildən azərbaycanlılara hücum çəkiblər. Onlar əvvəlcədən daş-kəsəklə, digər predmetlərlə silahlanaraq fakültəyə daxil olublar. PKK yönümlü gənclər Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Türkiyədə analoqu olmayan, uğurlu kampaniyanın aparılmasından sonra bu cür təxribatlara əl atıblar.
Z.Bayramlı dedi ki, kürd gənclər Taksim meydanında üzərinə “həpiniz ermənisiniz”, “həpiniz Hrant Dinksiniz” yazılmış kağız parçalarının atldığını və bunun guya onlara yönəldiyini iddia ediblər. Lakin bu kağız parçasını məhz təxribat məqsədi ilə yayan kürdlər özləri olub. Daha sonra isə onlar Ankara Universitetində buna cavab
şüarları yapışdırıblar. Həmin şüar cırılanda isə kürdlər bunun azərbaycanlı tələbələr tərəfindən edildiyini deyərək onlara hücum çəkiblər. Hadisə yerinə polislər gəlsə də, bir neçə saat ərzində PKK yanlıları sakitləşdirmək mümkün olmayıb. Onlar gecə saatlarına qədər universitetin ətrafına öz tərəfdarlarını toplamaqda və növbəti hücumlara hazırlaşmaqda davam ediblər. Polis isə ərazidə sədd quraraq təhlükəsizlik tədbirləri həyata keçirib.
Z.Bayramlı dedi ki, hadisə zamanı xəsarət alan 10-dək azərbaycanlı xəstəxanaya yerləşdirilib. Onlardan birinin  - Adəm Şamilin üzü parçalanıb və ağır vəziyyətdədir.
Qəzet çapa hazırlananda Zaur Bayramlı müxbirimizlə təkrar əlaqə saxlayıb. O deyib ki, davanın ən qızğın vaxtında Ankaradakı səfirimizin müavini Vüqar Mustafayevə zəng ediblər və dəstək istəyiblər. Lakin səfir müavini onlara “günah özünüzdədir, siz niyə  PKK-lıların şüarını çırır, onları qıcıqlandırırsınız”, deyə cavab verib.
Z. Bayramlı dedi ki, hadisə yerinə 5 maşın polis gətirilib. Polislər davanı sakitləşdirərkən azərbaycanlı tələbələrin sifətlərinə bibər qazı sıxıb.
“Sabah saat 12-də pkk-lıların cavabı veriləcək. Biz Ülkü Ocaqlarına, Alpərənlərə də müraciət etdik. 1 martda Türkiyə vaxtı ilə saat 12-də Ankara Universitetinin Siyasal Fakultəsi önünə güclü heyətlə yığılacağıq və olanları protesto edəcəyik”. Bunları da Z. Bayramlı müxbirimizə söyləyib
http://www.musavat.com/new/G%C3%BCnd%C9%99m/118901-ANKARADA_PKK

هیچ نظری موجود نیست:

ارسال یک نظر