۱۳۹۰ اسفند ۸, دوشنبه

Xocalı soyqırımı Təbrizdə də anılıb

اورمو ایشچیلری :
yetirildiyini, itkin düşdüyünü, minlərlə insanın əsir götürüldüyünü, mədəniyyət müəssisələri, sosial-məişət obyektləri ilə yanaşı, müsəlman aləminə aid türbələrin, kümbəzlərin, qəbiristanlıq və məscidlərin yerlə-yeksan edildiyini, Xocalının ən qədin sakinləri olan azərbaycanlılara aid bütün izlərin həmin gecədə silindiyini bildirib.

Baş konsul Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Milli Məclisi tərəfindən “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul olunması ilə başlanan Xocalı soyqırımına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və faciəyə beynəlxalq səviyyədə ədalətli siyasi-hüquqi qiymətin verilməsi istiqamətində işlərin Azərbaycan hökuməti tərəfindən daim davam etdirildiyini, lakin bu faciənin beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət alması üçün ilk olaraq Azərbaycana dost və qonşu ölkələr tərəfindən dəstək verilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Baş konsul Azərbaycanla yanaşı, Türkiyədə, Şərqi Anadoluda, eləcədə İranın Xoy, Maku, Salmas və digər şəhərlərində də ermənilərin tarix boyu günahsız insanları qətlə yetirdiklərini, bunların da dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyini diqqətə çatdırıb.

Türkiyənin Təbrizdəki baş konsulu da mərasimdə çıxış edərək Xocalı soyqırımının bəşəriyyət üçün qanlı faciə olduğunu, Azərbaycan xalqının kədərini anladıqlarını, faciənin qurbanlarını rəhmətlə andıqlarını diqqətə çatdırıb.

Çıxışlardan sonra erməni təcavüzü və Xocalı soyqırımının dəhşətlərindən bəhs edən film nümayiş etdirilib, faciənin qurbanlarının xatirəsinə ehsan verilib. Xocalı faciəsinə dair DVD filmlər, Xocalı əhalisinin dünya ictimaiyyətinə ünvanlanmış müraciəti və fars dilinə tərcümə edilmiş digər əyani materiallar mərasim iştirakçılarına paylanıb. Mərasim iştirakçıları Xocalı soyqırımını əks etdirən foto-stendə baxıb, sərgilənən kitab və qəzetlərlə də tanış olublar.

http://davam.az/index.php?newsid=2791
2012-02-27 10:32:01

هیچ نظری موجود نیست:

ارسال یک نظر