۱۳۹۱ خرداد ۱۹, جمعه

Füzuli cəbhəsindən son xəbər: 2 erməni əsgərinin meyiti döyüş meydanında qalıb

اورمو ایشچیلری :

 18:52 08-06-2012: 18:52 08-06-2012:Bu barədə “AzeriDefence.com” saytının Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri ilə bir yerdə Ağdam və Füzulidə olan əməkdaşı məlumat verib.Məlumatda qeyd olunub ki, cəbhədə son 2 gündə baş verən hadisələrlə əlaqədar olaraq hərbi hissələrə Baş Qərargahın yüksək rütbəli hərbçiləri və əlavə qüvvələr ezam olunub. Birinci və ikinci ordu birləşmələri tam şəkildə döyüşə hazır vəziyyətdədirlər. əbhəyanı kəndlərin sakinlərinə təsadüfü güllələrdən xəsarət almamaları üçün açıq ərazilərə çıxmamaq tapşırığı verilib.


Bölgədəki hərbçilərin sözlərinə görə, Füzuli rayonunun Horadiz kəndi istiqamətində qarşı tərəfin 6 nəfər itki verib və 2 meyit mövqelərin arasındakı boş sahədə qalıb. Məlumatlara görə, hadisə iyunun 5-dən 6-na keçən gecə, saat 04:00 radələrində baş verib. Qeyd olunan istiqamətdə gözlənilmədən gənc əsgərlərin xidmət etdiyi döyüş postuna hücum edən Ermənistan diversiya-təxribat qrupu kəskin müqavimətlə qarşılaşıb. Bundan sonra geri çəkilən təxribat qrupu yaralı və həlak olmuş bir neçə əsgərini döyüş meydanından çıxarıb. İki meyit isə döyüş meydanında qalıb.

 Ermənilərin hücumlarının təkrarlanacağı ehtimalı ilə əlaqədar iyunun 6-da əraziyə əlavə qüvvələr dislokasiya olunub. Ötən gün gedən döyüşlərdə tərəflər qumbaraatanlardan da istifadə edib. Ermənilərin 1 nəqliyyat vasitəsi sıradan çıxarılıb. Ötən gecə meyitlərin götürülməsi məqsədi ilə ermənilərin etdiyi həmlələr dəf edilib. Azərbaycan Ordusu itki verməyib.Ərazidə ötən gün şiddətli döyüşlərin getdiyini Füzuli rayon İcra Hakimiyyətindən də təsdiqləyiblər.

Qeyd edək ki, ermənilər özləri də iyunun 6-da Füzuli cəbhəsində itki verdiklərini açıqlayıblar. Erməni KİV-lərinin məlumatına görə, 6 iyun saat 04:15 radələrində Azərbaycan tərəfdən açılan atəş nətiəcsində Horadiz kəndi istiqamətində Ermənistan Ordusunun kiçik serjantı Vardan Ohanyan öldürülüb, Araik Mavreyan və Volodya Satryan adlı əsgərlər isə yaralanıblar

هیچ نظری موجود نیست:

ارسال یک نظر