۱۳۹۱ تیر ۱۰, شنبه

İran Opozisyonun Son Zamanlardaki Hərəkətləri və Azərbaycan Milli Hərəkəti’nin Qonumu ilə Bağlı Azərbaycan Milli Dirəniş Təşkilat’nın Görüşü

اورمو ایشچیلری :

 İran Opozisyonun Son Zamanlardaki Hərəkətləri və Azərbaycan Milli Hərəkəti’nin Qonumu ilə Bağlı Azərbaycan Milli Dirəniş Təşkilat’nın Görüşü

Son zamanlarda bəzi xəbər qaynaqları və çevrələrdə yayınlanan məlumata istinadən İran hakimiyətinin opozisiyon grupları mühtəməl bir rejim dəyişikliyinə hazılanmaq amacı ilə bir sıra hazırlıqlara başlayıblar. İran’ın keçmiş şahının oğlu Riza Pəhləvi bəzi özəl və umumi toplantılarda müxtəlif və gahdan zidd görüşlü opozisyon gruplarının təmsilçiləri ilə görüşlər
aparır və bu yolla rejimə bir çeşid alternativ yaratmaq niyətindədir. Söylənənlərə görə bəzi Avrupa və Amerika mənşəli siyasi lobilərinin himayəsini arxasına alan Riza Pəhləvi bu yöndə bir qisim başarılar əldə etmişdir. Bir sıra sol əylimli və federalist Avrupada yaşayan Azərbaycanlılarla da görüşmələr olduğu bilinməkdədir.
Sayın Pəhləvi və İran opozisyonunun nədən belə əcələ ilə dərin ixtilaflarını bir kənara buraxub və Paniranist fikirlərinə rəğmən Fars olmayan elitlərin qapısını çaldıqları əslində sir deyildir və bölgədə olan gedişata hakim olan hərkəs bu məsələnin səbəbini anlayabilər. 
Son bir il ərzində Sayın Riza Pəhləvi artan bir sürətlə siyasi hərəkətlərini çoxaldib və Fars dilli medyanın bir qisminin dəstəyi ilə (ki bunların bir çoxu Batılı ölkələrin Farsca xidmətləridir) özünə bir mərkəzi və mehvər qunum yaratmaq istəyir. Cənab Pəhləvi opozisyonla qurduğu irtibatlar və geniş maddi imkanları sayəsində qismən də olsa özünü gündəmə gətirəbilibdir. Buarada sadəcə faşist və donuq zehniyətli Xalq Mücahidləri Hörgütü Sayın Pəhləviyə yaxşı üz göstərməyibdir. Yalnız bunu da unudmamaq lazım ki əski bir maşa olan Xalq Mücahidlərinə də bəzi olumlu singnallar verilir və bu sayədə bu hörgütün terror hörgütləri listəsinən çıxarılması xususu daha gülcü dilləndirilir və İraq’daki üzvlərinin də göndərilməsi hələlik sakit saxlanılıb. Mili məsələ qonusunda hələ əski sazını çalan Xalq Mücahidləri hörgütünün əksinə Sayın Pəhləvi bu xususda daha modern və göz boyayan bir jest tutmaqdadır və beləcə Fars olmayan millətlər arasında özünə yer açmaq istəyir. 
Şübhəsiz İran müxalifətinin bu hərəkətliliyində orta doğudaki deyişimlər böyük rol oynayır. Çünkü Əfganistan və İraqdan tutmuş Ərəb Baharı’na qədərki zincirləmə hadisələr bölgədə diktacı rejimlərin zamanının bitdiyini göstərir. Artıq bölgə xalqlarının öz müqəddəratlarında daha etkili olmaq istədikləri bir faktdır və İran’da bu dəyişimlərdən qıraqda qalabilməz. Suriyə hadisələri bu məsələni daha da netləşdiribdir. Dünya güclərinin at meydanına dönən Suriyə’nin qanli olayları göstərir ki orta doğuda artıq diktatorlara yer yoxdur. Mələsəf buarada Rusya və Çin kimi antidemokratik rejimlər öz çıxarları doğrultusunda bölgə xalqlarının azadlıqlarının bədəlni ağırlaşdırırlar.
Nükleer güc və global terrorism məsələlərindən dolayı üstündəki beynalxalq basğının xeyli artdığı və çöküş uçurumuna yaxınlaşdığını görən İran İslam rejimi bu durumdan çıxmağın yolunu daha agresiv tutumlarda və kriz yaratmaqda görür. İran’ın Quzey Azərbaycan, Türkiyə, İraq, Afqanıstan, Bəhreyn, Lübnan və Suriyə’dəki müdaxilələri bu baxışla baş tutmaqdadır. Bir haldaki iflas etmiş ekonomi və dövlət organlarının ekonomidəki mafyavari müxadilələri ölkəni çıxmaza soxubdur, rejim özüne bir güven haşiyəsi yaratmaq üçün və yüksək həzinələrinə rəğmən nükleer güc programını israrla devam edir. Buarada Fars olmayan millətlər Tehran’la olan duyğusal bağlarını hardasa tamamen qoparıblar və insan haqları qavramı ölkədə artıq anlamını itiribdir. 
Bu şərtlər altında Iran-Fars opozisyonu durumun fərqində olaraq öz sorunlarını çözüb ölkə içində psikolojik bir ağırlığı olan və dünyada ciddi lobi fəaliyətləri aparabilən bir güc mərkəzi yaratmaq istəyir. Bu çabalar nə qədər başarılı olacaq o başqa bir məsələ ama aydin olan odur ki bu çabalar son zamanlarda ciddi anlamda artıbdır. İlginc olanı budur ki bir çox opozisyon grubu açıq şəkildə ölkədə bölünmə təhlükəsindən söz edir və bir sırası o qədər irəli gedir ki bölünmə təhlükəsini rejimlə olan mücadilədən daha ön sıraya qouyur. Buda ona görə olsun gərək ki mərkəziyətçi güclər anlayıblar ki Fars olmayan xalqlarla Tehran arasında ciddi bir duyğusal bağdan söz etmək artıq gərçəyi əks etdirmir. 
İran müxalifəti çalışmalarında üç əsas hədəf güdür;
1. Ölkə içində psikolojik təsir və ağırlığı olan bir güc mərkəzi yaratmaq,
2. Bölgə və dünya güclərinin müxatəb alacağı bir lobi yaratmaq, 
3. Fars olmayan xalqların milli mücadiləsinin qarşını almaq və öz müqəddəratlarına hakim olmalarını əngəlləmək
Hazırda hakimiyət böyük həzinələr sərf edərək Yaşıl adlanan hərəkəti və iç müxalifləri basdırıbdır və zahirdə də olsa ölkəyə sakitlik hakimdir. Ama cumhur başqanlığı seçkilərindən sonraki keşməkeşlər hər iki tərəfi də zəyiflədibdir. Bir tərəfdən hakimiyət məşruiyətini ciddi anlamda əldən verib və dostlar çənbəri olduqca daralibdır, digər tərəfdən də Yaşıl hərəkətin başçıları taktik yalnışlarından öürü dəstək və karizmalarını böyük ölçüdə əldən verib və tərəfdar kitlələri azalıb və susubdur. Yalnız bu o demək deyildir ki müxalifət tamamən bitibdir və özəlliklə bölgədə olan gəlişmələr sayəsində hər bir qıvılcım alova dönəbilər.
Gələcəkdəki krizləri yönətmək üzrə bir mərkəz yaratmaq istəyən qüvvələr bölgə ölkələrinin təcrübəsindən yaxşı bilirlər ki böyük dövlətlər və mediyanın himayəsi olmadan bir iş qabağa aparabilməyəcəklər. Onlar böyük güclərin həssasiyətlərini də diqqətə alaraq Yaşıl hərəkətin yalnışlarını təkrar etmək istəməyirlər və daha ilk gündən gürültü və öz başınalıq etmək yerinə yavaşca Avropa, Amerika və hətta Körfəz ölkələri ilə görüşmələr apararaq özlərinini bütün milli və dini grupların təmsilcisi kimi təsbit etmək istəyirlər. Yalnız hərkəs yaxşı bilir ki bu xət Fars olmayan xalqlar cəbhəsində yetərincə qəbul görmür. 
Keçən illərin təcrübələrinə əsasən gərçək budur ki Fars olmayan bölgələrdə siyasi ağırlıq daha çox yerli milli fəalların əlindədir. Bu durum Güney Azərbaycan’da daha da aydındır və Türk bölgələrində çoxunluqla milli fəaallar kitləsəl hərəkətlərin yönünü və keyfiyətini təin edirlər. Bu durum bizi bu gərçəkdən caydırmamalıdır ki milli hərəkətin Güney Azərbaycan’da kontrolu əlində tutmasına rəğmən bir sıra ciddi alt yapı sorunları vardır və milli hərəkətin başarısı böyük ölçüdə xalqımızn özəlliklə də gənclərimiz milli şuurundan qaynaqlanmaqdadır. Milli hərəkətdə təşkilatlanma zəfi, lobiçilik zəfi, medya zəfi, bəzi durumlarda tutarsız siyasi ədəbiyat və siyasi güclərin dağınılqığı milli hərəkətdə açıqca hiss edilməkdədir. Milli hərəkətə hakim olan nisbi homojen atmosfer və bu sayədə əldə edilən böyük nailiyətlərə rəğmən təəssüflə milli quruluşlarımız hələ sağlıqlı və organik bir yaxınlaşma ortaya qoyabilməyiblər. Kəçən 20 il ərzində Azərbaycan Türk Milləti’nin daxildə və beynalxalq səviyədə qazandığı nailiyətlər son 80 ildə bənzərsizdir. Milli hərəkətimiz içəridə gənc və başarılı kadrolar yetişdirəbilib eləcə də xaricdə dəyərli bir siyasi oabi yaradabilibdir. Yalnız sorunmlarımız hələ bitməyibdir və özəlliklə siyasi axımların üst qatmanlarında qırılqan bir hava vardır. Bu sorunların həlli artıq həyatı önəm daşımaqdadır. Amesterdam, Bruksel və Ankara oturumları bəzi nöqsanlarına rəğmən bu doğrultuda dəyərli və sürdürülməsi gərəkən adımlar oldular. 
Artıq elə bir nöqtəyə gəlmişik ki çox daha diqqətli addım atmalıyıq. Bu saatdan sonra siyasi, ictimai, kültürəl, medya, insan haqları və finas çalışmalarımız çox daha organizə və profesyonel olmalıdır. Var olan quruluşlarımızı gücləndirib bir biri ilə yaxınlaşdırmağa həyati bir məsələ gözü ilə baxmalıyıq. 
Yəqin gələcəkdə həyata geçən dəyişimlərdə zəfər o grupların olacaq ki ixtilaflara rəğmən dünyaya vahid bir tablo göstərə biləcəklər, bir birini təxrib edib darmadağın olanların deyil!
Azərbaycan Milli Dirəniş Təşkilatı’nın fikrincə tüm milli grup və teyflərimiz bu nöqtələri öz çalışma programlarına qoymalıdırlar;
1. Milli quruluşlar və təşəküllərin yaradılması və var olanların gücləndirilməsi,
2. Vahid siyasi cəbhə yaradmaq, bu iş ən azından diyalog platformları yaradmaq və yaxud müştərək bildirilərlə olabilər
3. Dünya ictimaiyatına xitab edəbiləcək modern bir siyasi ədəbiyat işlətmək,
4. Milli hərəkətin xəbərçilik və medya stratejisini yenidən gözdən keçirilmək,
5. Milli hərəkət içərisində təxribatçılıq və şantajçılıqdan kəsinliklə uzaq durmaq,
6. Rəqib yaxud qarşı görüşlərə sağı göstərmək, özəlliklə istiqlal-federalism dartışmalarında
7. Milli şəxsiyət və ağsaqqallara sayğı göstərməklə birlikdə, toplu şuura doğru hərəkət etmək və gərəksiz şəxsiyətpərəstlikdən uzaq durmaq.
Azərbaycan Milli Dirəniş Təşkilatı inanir ki hazır şərtlər altında və regiyonu hər an böyük dəyişimlər gözləndiyi bir halda İran’da hansısa dəyişim Azərbaycan Milli Hərəkətinin güclü və ciddi qatılımı ilə olmalıdır və bu o zaman olabiləcəkdir ki milli hərəkət vahid bir milli-siyasi varlıq kimi ortaya çıxabilsin. Azərbaycan Milli Dirəniş Təşkiltı bildirir İran’nin gələcək dəyişimləri üçün qurulan hansısa quruluş Azərbaycan Milli Hərəkəti olmadan məşruiyətsizdir və bəri başdan başarısızlığa məhkumdur.
Azərbaycan Milli Dirəniş Təşkilatı
Güney Azərbaycan
29.06.2012


هیچ نظری موجود نیست:

ارسال یک نظر