اورمو ایشچیلری :
Güney
Azərbaycan’ın işçiləri May ayının ilk gününün ərəfəsində qarmaşıq
problemlər içində bu günün istiqbalına gedirlər. kontrolsuz bahalıq,
məsləki (peşə) əmniyətinin olmamazlığı, gecikmiş məaşlar, iş idarəsi və
siqorta (bimə) kimi rəsmi idarələrin sorunlara duyarsızlığı, əməklilik
və xəstəlik siqortaların problemləri, məaşların aclıq sınırının altında
olması, işçi sinifinin taptalanması və yetgililərin yalançılıqla
istatikaları (amarlar) gizli tutmaları və işçilərin səndikalarının
olmaması və dolayısıyla işçilərin səslərini kimsənin qulağına çatdıra
bilməməsi bu problemlərin ən önəmli hissəsini təşkil edir. Bu gün
Azərbaycan’ın cənub və mərkz bölgələrində o cümlədən Qəzvin, Sava və
Təbriz’də büyük sənayi vahidləri klasik və kronikləşmiş problemlər ilə
üz üzədirlər. Bu bir haldadır ki Azərbaycan’ın doğu və batı şəhərləri o
cümlədən Ərdəbil və Urmu şəhərləri dərin iqtisadi durğunluq və geniş
miqyaslı işsizlik ilə qarşı qarşıyadırlar. Digər tərəfdən batı
Azrəbaycan’da yerli olmayan xüsüsi ilə də Kürd bölgələrindən və İraq’dan
gələn muhacirlər sorunu yaşanmaqda və bu məsələ günü gündən işsizlik
sorununu artdırmaqdadır. İncə sənət və əl işləri sektoru o cümlədən
xalça və başmaq sənətinin durğunluğu və birinci əl mələzmələrin bahalığı
minlərcə işçinin işinə ciddi zərbələr vurubdur və onların yaşayşını
pisləşdiribdir. İş sağlıq və güvənliyinə diqqət yetirilməməsi, qanuni iş
saatlarına uyulmaması, siqorta ( bimə ) və işçilərin asayişinə baş
verilməməsi işçilərin digər sorunlarındandır. Daimi işlər üçün bağlanan
geçici iş kontratları işçilər haqqında rəva qılınan başlıca
zülümlərdəndir ki bu sayədə iş sahabı istədiyi zaman işçini işdən
çıxardabilir.
Azərbaycan iqtisadıyatı İran’ın umumi sorunlarına
əlavə olaraq mərkəzin ayrımçılıq siyasətinin ağırlığını da çiynində
daşımaqdadır. Əslinə baxılırsa Güney Azərbaycan’ın iqtisadıyatında
dövəlt yatırımından danışmağın mümkün olmaması ilə bərabər bilinməlidir
ki mərkəz çeşidli siyasətlərlə Azərbaycan’ın ekonomik xüsüsi ilə də
sənayi sahəsində qalxınmasının önünü kəsir. Ariçilik-İrançılıq müfkurəsi
hansısa şəkildə mürəffəh və güclü bir Azərbaycan istəməyir və onu özünə
ən büyük təhdid gürür. Bu dəlilə görə də gücsüz, nəhif və hətta
nufusdan boşaldılmış bir Azərbaycan yaradmaq üçün bütün gücünü vurur. Bu
iddianın ən açıq sübutu Urmu Gölü’nün bu günkü durumudur. Urmu Gölü’nün
qurtarılması üçün bir milyard xərcləmək istəməyən İran dövəlti
milyardlar xərcləyərək imkansız və məntiqsiz bir projeyə imza atıb və
Xəzər’in suyunu şirinləşdirərək İran’ın mərkəzi çöllərinə daşımaq
istəyir! Bu böyük xiyanətin də birinci qurbanları doğal olaraq işçilər,
yoxsul və orta gəlirli siniflər olacaqdır. Heç unudmamaq lazım ki
Azərbaycan’da baş alıb gedən narkotik, fəsad və fəhşa da xəstəlikli
ekonomik politikalar və göz qamaşdıran işsizlik miqyasının vasitəsiz bir
sonucudur.
Bu durumda Azərbaycan’ın iş gücü məcburi olaraq
Fars bölgələrinə köçdürülməkdədir. Bəsrə körfəzindəki limanlardan tutmuş
Tehran’a qədər, Məşhd’dən tutmuş İsfahan və Kirman’a qədər və güneyin
neft bölgələrinə dağılan saysız Azərbaycanlı işçi bu sözün ən açıq
dəlilidir. Bu problem maddi çətinliklərlə yanaşı ailələrin həsrət və
əziyət çəkməsinə səbəb olur. Digər tərəfdən sənayiləşməkdən məhrum
edilən Azərbaycan’ın xam və mə’dəni zənginliyi də sömürülməkdə və beləcə
gəlişmiş Fars bölgələri daha da gəlişməkdə və yoxsullaşdırılmış
Azərbaycan daha da yoxsullaşmaqda və havası, suyu və toprağı kirlənib və
onarılmaz halə gəlməkdədir. Azərbaycan’ın mütəxəssis iş gücü hər gün
Fars bölgələrinə köçmək məcburiyətində qalır və onun yerinə
Azərbaycan’daki az saylı və əskimiş sənayi quruluşlarının başına
çoxunluqla digər bölgələrdən xüsusiylə İsfahan, Kirman və Tehran’dan
insanlar gətirilir. Əlbəttə ki bu gedişat Azərbaycanlılara ağıra mal
olur və yerli insanın xusranına yol açır. Bütün bunlar Azərbaycan’da
şiddətli müdiriyət zəfiyətinə nədən olur.
Azərbaycan Milli
Dirəniş Təşkilatı yuxarıda ünvan olan məsələləri göz önündə bulunduraraq
və keçən əlli ildə işçi mücadiləsinin solçuluq adı altında Paniranismə
alət edildiyini düşünərək Azərbaycan əməkçisinin qurtuluşu üçün təkcə
yolun milli nəcat və qurtuluş olduğunu ifadə edir və hazırdaki çətin
vəziyətdən çıxmağın yolunu Azərbaycan Türk Milləti’nin öz müqəddəratına
hakim olmasında və habelə demokrasi və insan haqlarında görür. Bu
bağlamada işçilərin Azərbaycan’ın milli iqtisadiyatını müdafiə edən
müstəqil səndikalara malik olması lazim və vacib bir xususdur.
Azərbaycan
Milli Dirəniş Təşkilatı qəbul edilməsi mümkün olmayan bu durumum
içindən çıxmağın yolunu habelə Azərbaycanlı əmək və sərmayənin birlik və
bərabərliyində bilməkdə və Azərbaycan’da yerli və xarıcı yatırımlara
zəmin yaradılmasını, sərbəst ticart ortamının sağlanmasını, kürəsəl
iqtisadi yönətim qurallarının tətbqini, iqtisadi və siyasi
macəraçılıqdan qaçınmağı və işçilərin ifadə və düşüncə özgürlüklərinin
rejim tərəfindən tapdalanmasının durdurulmasını tələb edir. Biz yerli və
xarıcı sərmayəni işçinin düşmənı kimi görməyib tərsinə inanırıq ki əmək
və sərmayə birlikdə və əl ələ verərək Azərbaycan’ının imarına
çaışmalıdırlar. İşçilərın haqqlarına özən göstərərək güncəl teknoloji və
yönətim metodlarının işədilməsi Azərbaycan ekonomisin qurtuluşu üçün
son dərəcə acil və vacibdir ki bu məsələ də öz yerində millətimiz öz
müqəddəratına hakim olabilməsinə bağlıdır.
Son olaraq Azərbaycan
Milli Dirəniş Təşkılatı dünyalıq işçilər gününü qutlayaraq bir daha
müstqil işçi səndikalarının qurulmasının önəmini vurğulayır və işçilərin
özgürlüklərinin tapdalanmasına son verilməsini israrla istəyir.
Azərbaycan Milli Dirəniş Təşkilatı
İşçi Komitəsi
Güney Azərbaycan
30-04-2012
هیچ نظری موجود نیست:
ارسال یک نظر