۱۳۹۱ خرداد ۸, دوشنبه

Bakı milli fəal Abolfazl Amini Radı İrana Verir! -Şok

اورمو ایشچیلری :

“Vətəninfo.az”ın “Güney Azərbaycan Əfv Təşkilatı”nın internet saytına istinadən yaydığı məlumata görə, mayın  25-də  Güney Azərbaycanlı milli fəalı Abolfazl Amini Rad (Əbelfez Əmini Rad)/ Amin Araza) Azərbaycan dövləti tərəfindən tutulub və İrana deportasiya ediləcək. 

Məlumata görə, Abolfazl Amini Rad üç ildən artıqdır ki, bir siyasi qaçqın kimi Bakıda yaşayır ancaq bu üç ildə nə Azerbaycan dövləti və nə də Birləşmiş Millətlər (BMT) tərəfindən hər hansı bir status ala bilməyib. Abolfazl Amini Rad، İranda Türklərin milli və mədəni haqlarını qoruması haqda illərdir fəaliyyət göstərir ki bu fəaliyyətlərin nəticəsində 4 il öncə Təbrizin inqilab məhkəməsi tərəfindən 5 il
həbs və 75 zərbə qamçıya (şallaq) məhkum olunub. Hazırda، Abolfazl Amini Rad Quzey Azərbaycanın Bakı şəhərinin Miqrasiya idarəsində saxlanılır və İrana deportasiya edilməsi üçün rəsmi işlər başlanılıb. Bu idarə Bakıda "Ayna Sultan" da yerləşir. Amininin İrana verilməsi halda, 5 il azadlıqdan məhrum olacaq və İranda hakim olan rejim tərəfindən işgəncələrə məruz qalacaq.
Quzey Azərbaycanda yaşayan bütün Güneyli və Quzeyli soydaşlarımızdan xahiş olnur öz etirazları ilə bu qeyri-insani işin qarşısını alsınlar. GAƏT bildirir ki, Quzey Azərbaycanın hakimiyyəti bu işin qarşısını dərhal alıb və Abolfazl Amini Rad'ı azad buraxmalıdır. Xatırladaq ki, Abolfazl Amini Rad, bir Qarabağ savaşçısı olaraq, Güney Azərbaycanda "Xocalı Cəmiyyəti"nin qurucusu və sədri olaraq illərcə Güney Azərbaycanda Qarabağın müdafiəsi üçün dəyişik fəaliyyətlər  və mitinqlər təşkil edib.
Kənan

هیچ نظری موجود نیست:

ارسال یک نظر