اورمو ایشچیلری :
Tarixə nəzər salsaq, siyasi-ictimai baxımdan XXI əsrin əvvəlinin XX əsrin sonları ilə bir-birinə xeyli “bənzədiyini” görərik. Hər iki dövr də müharibə, qan,inqilablarla tarixə iz salır. Çünki, illər ötdükcə insan oğlu daha azad və rifah dolu həyata can atır. Bu yolun ilk bələdçisi isə hüquq və azadlıqlardır. Azadlığı dərk və qəbul edən hər bir şəxs onun uğrunda mücadiləyə qədəm qoyur. Hətta bu amala həyatı bahasına nail olsa da ondan vaz keçmir. Çünki azadlıq şərəf və ləyaqət, boyunduruq altında yaşamaq isə yalnız utanc və
təhqir gətirər.
Hüquq pozuntuları hesabına azadlığın boğulduğu məkan isə qan qoxulu bataqlığa bənzəyər. Elə bir çirkaba ki, yalnız zəifləri və azadlıq eşqi ilə yanan ürəkləri zülmətə çəkər. XXI əsrin əvvəlində azadlıq uğrunda mübarizəyə dair bir çox örnəklər sadalamaq olar. Məsələn, ən çox dünya mediasının da gündəmində olan ərəb baharını qeyd edə bilərik. Eləcə də Yuqoslaviyanın parçalanması bu dövrdə baş verən mühüm hadisələrdən biri kimi tarixə düşdü. Əsrimizin başqa bir mühüm siyasi hərəkatı isə Güney Azərbaycanda yayılan milli azadlıq mübarizəsidir.
Güneydə baş verən və ciddi tələfata səbəb olan zəlzələ zamanı rejim tərəfindən lazımi yardım göstərilməsə də, digər Azərbaycan şəhərlərində yaşayan soydaşlarımız öz şəxsi vəsaitləri hesabına zərərçəkənlərə əl tutdular. Bu mövcud olan və gündən- günə güclənən milli birliyin nişanəsidir. Şübhəsiz ki, belə bir potensiala malik Güney Azərbaycan müstəqil dövlətini qurmağa da qadirdir.
Digər tərəfdən fars rejimi zəlzələ bölgəsinə dəstək olmamaqla özünü ifşa etmiş oldu. Bununla da İran adlanan yerdə farslar və Türklər arasında milli zəmində promlemin olması, yalnız fars maraqlarını və mənafeyini müdafiə edən hakimiyyətin yürütdüyü milli ayrı-seçkilik siyasəti dünya mediasının gündəminə gəldi. Əlbəttə ki, mövcud vəziyyətin dünyaya çatdırılmasında milli fəalların və mediyamızın da rolunu unutmaz olmaz. Hazırkı zaman və dünya miqyasında baş verən siyasi hadisələrin gedişatı göstərir ki, İranı da 19-cu əsrin sonlarında parçalanaraq tarixə qazılan və adı dünyanın siyasi xəritəsindən silinən Yuqoslavityanın aqibəti gözləyir. Bu nəticə isə çox da uzaqda deyil…
فاس شوونیسمی گئتمه لی دیر...
پاسخحذفآذربایجان آزادلیقین آلاجاق...