Azərbaycan Türk Milləti;
Milli Hərəkət Fəalları;
Azərbaycan Türk Milləti və uluslararası hüquq və çevrə qurumların bütün tələb və etirazlarına baxmayaraq mələsəf görürük ki İran hakimiyəti Urmu Gölü’nü qurtarmaq üçün ən kiçik bir addım götürməməklə qalmayıb, milli fəallarımızı tutuqlayaraq özləri və ailələrini fiziksəl və psikolojik
işkəncələrə məruz buraxmaqla açıq şəkildə Azərbaycan Türk Milləti’nin qarşısında yer almaqdadır. Urmu Gölü məsələsi Azərbaycan Türk Milləti üçün ölüm qalım məsələsidir və Güney Azərbaycan şəhərlərindəki qırx günlük etiraz və dirəniş dalğası da millətimizin bu xususda son dərəcə qərarlı və əzimli bir iradəyə sahib olduğunu ortaya quyubdur. İran hakimiyəti Azərbaycan’ın qəhrəman övladlarını dusdaqlayıb işkəncə etmək və Urmu Gölü məsələsini gündəmdən düşürməyə çalışmaqla Azərbaycan Türk Milləti’ni yox etməyə qararlı olduğunu açıqca göstərməkdədir və beləcədə millətimizi qarşısına alıbdır. Sözdə Azərbaycan millətvəkili olub əslində hakimiyətin vəkili olan çıxarcı parlementerlər və dövlətdən məvacib alanların tək təki bilməlidirlər ki davranışları millətimizin gözündən ıraq qalmayır və bir gün millətimiz onların bu qeyidsizlik və ihanətlərinin hesabını soracaqdır.
Bu sözdə Azərbaycan millətvəkillərinə deyirik ki necə olur … rejim içi qanadlar arası davalarda yaxalarını yırtıb bir biri ilə boğuşmağı bacarırlar, Latin Amerika’dan Fələstin’ə və Uzaq Doğu’ya qədər insan haqlarından danışırlar ama öz soydaşlarının zindanlara atılmasına və bir millətin yox edilməsinə səssiz qalırlar?
Azərbaycan Türk Milləti;
Milli Hərəkət Fəalları;
Bizim Urmu Gölü’nü qurtarmaq üçün mücadələmiz hələ bitməyibdir və hər fürsətdə, mümkün olan hər şəkildə və hər yerdə davam edəcəkdir. Bir halda ki millətimiz bir toplu yox etmə projesi ilə üz üzədir və vətən övladları dusdaqlarda hər türlü işkəncə və aşağılamaya məruz qalırlar heç şübhəsiz bizim milli və təşkilati görəvimizdir ki Urmu Gölü və məhbuslarımızn məzlumluq səsini bütün dünyaya çatdıraq.
Hərkəs bilməlidir ki hər duvar, hər kağaz, hər şüar, hər toplantı və hər xiyabanda tələblərimiz dilləndirilicəkdir. Biz bildiririk ki Güney Azərbaycan’ın bütün şəhərlərində Milli Dirəniş komitə və hücrələrimiz gənclərimizlə çiyin çiyinə və uluslararası arenada da yurd dışı qolumuz Urmu Gölü məsələsini təqib etmək üçün bütün imkan və fürsətlərdən yararlanacaqdır. Bir halda ki demokratikləmşə və özgürlük havası bölgə ölkələrində əsməkdədir və uluslararası basqılar, mali fisad böhranı və sistem içi siyasi çatlaqlar rejimi ciddi sorunlar ilə qarşı qarşıya qoyubdur, hakimiyət nəyin bahasına olursa olsun siyasi istiqrarı qorumağa və yaxındaki seçkiləri görünürdə də olsada səssiz və salkin keçirməyə çalışmaqdadır. Gələn günlərdəki seçkilər rejimin öncəlikli bir məsələsi olub bu seçki sürəcindən sağlam çıxmaq rejimin esas məsələsinə çevrilmişdir. Azərbaycan Milli Dirəniş Təşkişatı’nın fikrincə Urmu Gölü’nün qurtarılması, milli tələblər və Azərbaycanlı siyasi məhbuslar Azərbaycan Türk Milləti’nin qırmızı xətti olub və gələn seçkilərdə də bütün seçki kampanyaları və mitingləri milli etirazlarımıznın sahəsi olacaqdır.
Azərbaycan Milli Dirəniş Təşkilatı
Güney Azərbaycan
17.10.2011
هیچ نظری موجود نیست:
ارسال یک نظر