۱۳۹۰ مهر ۹, شنبه

گزارش تصویری اورمو ایشچیلری از اعتراض در مقابل سفارت ایران در آنکارا-Urmu Gölü Yürüyüşlərinə Dəstək Olaraq Ankara’da Yüryüş Keçirildi

اورمو ایشچیلری :
Güney Azərbaycan’da 1 Oktyabr (1 Ekim – 9 Mehr) Urmu Gölü Yürüyüşlərinə Dəstək Olaraq Ankara’da Yüryüş Keçirildi
1 Oktyabr (1 Ekim – 9 Mehr) Cumaərtəsi günü Təbriz və Urmu başda olmaqla Güney Azərbaycan şəhərlərində düzənlənəcək olan yürüyüşlərə dəstək olaraq bugün Ankara’da yaşayan Azərbaycan Türkləri bir dəstək yürüyüşü düzənlədilər.
Türkiyə vaxtıyla saat 12:00’də Ankara’nın Kuğulu Parkı’ndan başlayan yürüyüş İran’ın Ankara böyükelçiliyinin önünə qədər dəvam etti. Üzərinə “Güney Azərbaycan’da Urmu Gölü Kurutulmasın”, “Güney Azerbaycan’da Türk Dilinde Eğitim” və “Güney Azerbaycanlı Siyasi Mahpuslara Özgürlük” sloganları yer alan böyük bir pankardın arxasınca yürüyən cəmiyət “Kahr olsun Paniranism”, “Kahr Olsun Panfarsism”, “Urmu Gölü Can Verir, İran Onun Katline Ferman Verir”, “Azerbaycan Canımdır, Urmu Gölü Kanımdır”, “Karabağ Türktür, Türk Kalacak”, “Ankara, Bakü, Tebriz; Birlikte Güçlüyüz Biz” və “Tebriz, Bakı, Ankara; Farslar Hara, Biz Hara” kimi şüarlar da səsləndirdilər.
Cəmiyətin əlində çox sayda Azərbaycan və Türkiyə bayraqları ilə bərabər çoxlu milli və çevrə məzmunlu pankardlar da mövcüd idi. Habelə çox sayda bilgi bülteni də parkda ve ətrafda yürüyüşü izləyən vətəndaşlara dağıdıldı.
Xatırladmaqda fayda vardır ki yürüyüşə başda Güney və Quzey Azərbaycan’dan olmaq üzərə Türkiyə və İraq Türkmənlərindən də çox sayda qatılım var idi.
Yürüyüş “Azərbaycan Talebeler ve Mezunlar Topluluğu” başqanı Elnur Paşa’nın elçilik önündə basın bildirisi oxuması və “Gökbörü Türkçüler Derneği”nin Gənəl Başqanı İbrahim Özmen’in çıxışıyla dəvam edib elçilyin önünə qara çələng qoymaqla sona ərdi.
Şüarların səslənişi ilə sona çatan yürüyüşün əsnasında habelə, Zaur Bayramlı, milli məzmunlu çıxışlar edib son olaraq da “Irak Türkmen Cephesi”, “Gökbörü Türkçüler Derneği”, “Azerbaycan Kültür Derneği” və “Azerbaycanlı Talebeler ve Mezunlar Topluluğu”na qatqılarından dolayı təşəkkür etdi.     


هیچ نظری موجود نیست:

ارسال یک نظر