اورمو ایشچیلری :
Azərbaycan Türk Milləti;
Azərbaycan Milli Hərəkəti Fəalları;
Urmu Gölünü müdafiə etmək üçün 27 Avqust (5 Şəhrivər) günündən etibarən öz dinc və mədni yığıncaqlar və aksiyalarımızı başladıq və nə mutlu Azərbaycan Millətinə ki Təbriz, Ərdəbil, Zəncan, Mərənd, Xoy, Sulduz, Qoşaçay, Xiyav və ... şəhərlərinin mədəni aksiyalar yolu ilə Urmu’ya qatılması bir daha öz birlik və bərabərliyini sərgilədi
.
.
Azərbaycan Millətinin dinc və mədəni aksiyalarına fikirsiz və güdə görüşlü qolçomaqlar əli ilə şiddət qarışdırılıb yüzlərcə soydaşımız yaralanıb onlarcası həbslərə düşsələr də dünya və bölgə qamuoyunda (əfkar-i umumiyə) Azərbaycan Millətinə qocaman və danılmaz bir zəfər qazandıq. Azərbaycan Millətinin haq bağıran səsinin Fars şovenizmi əli ilə qurulan səddlərin arxasında boğulduğu günləri hələ unudmamışıq ama son günlərdə Urmu Gölü məsələsi ətrafında keçirilən protestolar bir daha sübut etdi ki himmət və fədakarlıq ilə bu boykot səddləri aşmaq, Urmu Gölünü qətl edən barajları açdırmaq və daha da önəmlisi yüz ildən bəri millətimizi tapdaq altına alan milli zülmü ortadan qaldırmaq mümkündür.
Azərbaycan Türk Milləti;
Azərbaycan Milli Hərəkəti Fəalları;
Bir çoxları İran hakimyətini istəklərimiz qarşısında təmkin etdirə biləcəyimizə inanmırdılar ama bütün gurupların birliyi və ayıq millətimizin səhnədə huzuru ilə bu başarı gərçəkləşdi. Hamımız daxildə və xaricdə necə nailliyətlər qazandığımızı gördük və şübhəsiz bu bütün güvvələrimizin birliyinin bir nəticəsidir.
Yalnız İran hakimiyətinin doqquz maddəlik istəklər siyahəsinin bəzi maddələri qarşısında göstərməlik yumuşanmasına rəğmən hələ də görürük ki bu istəklərin böyük qismi qarşında cahilcəsinə dirənir. Biz hakimiyət yetgililərini uyarmışdıq ki xalqın istəkləri qarşısında cahilcəsinə dirənməsinlər və bu istəkləri yerinə gətirsinlər ama nə yazıq ki söz dinləyən bir qulaq yoxdur və hakimiyətin Urmu Gölü sorunu qarşısındaki aldırmazlığı xalqımızı hər keçən gün daha da çox incidir.
Biz bildiririk ki Urmu Gölünün faciəli durumuyla bağlı dinc və mədəni aksiyaların başlamasından yaxın bir ay sonra Azərbaycan Öyrənci Hərəkəti fəallarının məktəblərin açılması ilə bağlı çağrışlarına da bir cəvab olaraq Türk dilinin rəsmiləşməsi məsələsi və Urmu Gölü ilə bağlı doqquz maddəlik istəklər siyahəsinin tam olaraq yerinə gətirilməsi tələbi ilə 1 Oktyabrdan (9 Mehr) etibarən öz etiraz aksiyalarımızı yenidən başlayacağıq. Bu etiraz aksiyaların hədəfi isə Urumu Gölü sorununun və Azərbaycan Türk Millətinin ana dili sorununun çözülməsidir. Biz Azərbaycan Milli fəalları olaraq Azərbaycan Öyrənci Hərəkəti fəallarının önərisinə dəstək verərək İran hakimiyətini uyarırıq ki Urmu Gölü haqqındaki doqquz maddəlik istəklər siyahəsi və Azərbaycan Türk Millətinin ana dili istəyinin qarşısında təmkin etməli və artıqraq Azərbaycan Türk Millətini incidərək aksiyaların böyüyərək dəvam etməsinə zəmin yaradmamalıdır.
Son olaraq Azərbaycan Milli Hərəkəti fəalları kimi Təbriz, Urmu, Ərdəbil, Zəncan, Xoy, Mərənd, Sulduz, Qoşaşay və sayir şəhərlərimizdəki Şəhrivər Zəfərini yaradan bacı və qardaşlarımızdan təşəkkür edib millətimizə bəxş ettikləri başarı üçün minnətdarlığımızı sunuruq.
1 Oktyabrda (9 Mehr) şəhərlərimizdə və bilimyurdlarımızda yığıncaqlar quraraq Urmu Gölü və Türk dilinin rəsmiləşməsi haqqındaki 9 maddəlik istəklər siyahəsinin gerçəkləşməsi hədəfi ilə dinc və mədəni aksiyalar keçirəcəyik.
Doqquz Maddəlik İstəklər:
1- Urmu Gölünün qəsidli qurudulması və Azərbaycanın çevrə və milli sərvətlərinin talanaraq aradan aparılmasının durdurulması,
2- Səddlərin gözlərini açaraq suların Urmu Gölünə axmasına imkan verilməsi və Urmu Gölünün qurumasını önləmək üçün acil və feili tədbirlər alınması,
3- Millətimizə həqarət edən Yürütmə və Yarqı orqanlarının sədrləri və millət vəkillərinin özür diləməsi,
4- Azərbaycan vilayətlərində (ustanlar) təmin şuralarının sədri olaraq millətimizi sərt şəkilkdə basdırma əmri verən valilərin (ustandar) istifası,
5- Azərbaycana hakim olan ğeyri-rəsmi əsgəri sıxı yönətimə dərhal son verilməsi və yerli olmayan basdırma güvvələrinin Azərbaycandan dərhal çıxarılması,
6- Azərbaycan Türk Millətinin əleyhinə uygulanan acımasızca basdırma opesyonuun sorumlularının yargılanması,
7- Azərbaycan Milli Hərəkətinə mənsub bütün siyasi məhbusları qeyidsiz şərtsiz sərbəst buraxılması və öz başına basğı ve təzyiqlərə son verilməsi,
8- Azərbaycan Türk Millətinin mədəni aksiyalarına imkan tanınması ve güvənlik güvvələri tərəfindən xalqımıza verilən ziyanların ödənməsi,
9- Azərbaycan Türkcəsinin rəsmiləşməsi və bu dilin bütün təhsil məqtələri, idari, qəzayi və medyada işlədilməsi,
Azərbaycan Milli Hərəkəti Fəalları
22/09/2011
31/06/1390
هیچ نظری موجود نیست:
ارسال یک نظر