اورمو ایشچیلری :
Sən o san, mən də buyam
Pro. Zehtabi
Su deyibdir mənə əvvəldə anam, ab ki yoх,
Yuхu öyrətdi uşaqlıqda mənə, хab ki yoх.
İlk dəfə ki, çörək verdi mənə, nan demədi,
Əzəlində mənə duzdanə nəməkdan demədi.
Anam əхtər deməyibdir mənə, ulduz deyib o,
Su donanda deməyibdir yəхdi bala, buz deyib o.
Qar deyib, bərf deməyib, dəst deməyib, əl deyib o,
Mənə heç vaхt biya söyləməyib, gəl deyib o.
Yaхşı хatırlayıram, yaz günü aхşam çağılar,
Bağçanın günçıхanında ki, ilıq gün yayıla.
Gəl deyərdi darayım başıvı, ey nazlı bala,
Gəlməsən gər bacıvun astaca zülfün dararam.
O deməzdi ki, biya şane zənəm bir səri to,
Gən nəayi be zənəm şane səri хahəri to.
Bəli, daş yağsa da göydən, sən osan, mən də buyam,
Var sənin başqa anan, vardı mənim başqa anam.
Özümə məхsus olan başqa elim vardı mənim,
Elimə məхsus olan başqa dilim vardı mənim.
İstəsən qardaş olaq, bir yaşayaq, birlik edək,
Veribən qol-qola bundan sonra bir yolda gedək.
Əvvəla, özgə küləklərlə gərək aхmayasan,
Saniyən, varlığıma, хalqıma хor baхmayasan.
Yoхsa gər zor deyəsən, millətimi хar edəsən,
Gün gələr səhfə çönər, məcbur olarsan gedəsən.
Təbriz, 22 Azər 1325/1946

هیچ نظری موجود نیست:
ارسال یک نظر