Güney Azərbaycan Urmuişçiləri Xəbər Ajansi ارگان کارگری حرکت ملی آزربایجان -
با ما از طریق urmuiscileri@gmail.com در تماس باشید
۱۳۹۰ مهر ۱, جمعه
Macarıstanın Türkiyədəki səfirliyi önündə Ramil Səfərova dəstək aksiyası keçirilib (FOTOLAR)
اورمو ایشچیلری :
Bu gün Ankarada Macarıstanın Türkiyədəki səfirliyi qarşısında azərbaycanlı zabit Ramil Səfərovun azad edilməsi tələbilə piket keçirilib. Bu barədə Modern.az saytına piketin təşkilatçılarından olan Zaur Bayramlı məlumat verib. O, qeyd edib ki, Budapeçtdə ömürlük həbs cəzası çəkən Ramil Səfərovun işinə yenidən baxılmasını tələb ediblər:. Aksiyada Azərbaycan Respublikasının vətəndaşları və Güney Azərbaycandan olan soydaşlarımız iştirak ediblər.
Aksiyanın sonunda bəyanat oxunub. Bəyanatda Macarıstan məhkəməsinin Ramil Səfərova qarşı hökm çıxararkən yüngülləşdirici motivləri nəzərə almadığı vurğulanıb, onun işinə yenidən və ədalətlə baxılması tələb edilib. Eyni zamanda tələb olunub ki, Ramil Səfərovun cəzasının qalan hissəsinin Azərbaycanda çəkməsi təmin edilsin.
Bəyanat Macarıstan səfirliyinə təqdim edilib, aksiya iştirakçılarına cavab veriləcəyi qeyd olunub.
Azərbaycan bayrağını təhqir etdiyinə görə Macarıstanda erməni zabitini qətlə yetirən milli ordumuzun zabiti Ramil Səfərovun ölkəmizə ekstradisiyası üçün Türkiyədə imza kampaniyası da aparılır. İmza kampaniyasını İğdır Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) aparır. Bu məqsədlə ASİMDER Türkiyənin bütün şəhərlərində imza kampaniyası keçirməyi, bu məsələni hər zaman mətbuatın gündəmində saxlamağı planlaşdırır.
هیچ نظری موجود نیست:
ارسال یک نظر