- İnsafəli Hidayət
Urmiyə gölünün qurumasına və İran parlamentinin gölün qurumasının qarşısının alınması ilə bağlı təklif edilən layihəni rədd etməsinə etiraz nümayişlərinin ikinci dövrü başlaya bilər. Bunun üçün İran Azərbaycanının müxtəlif şəhərlərində xalqa müraciət və bəyanat yayılır. Azərbaycanlı siyasi fəallar Təbriz, Ərdəbil, Urmiyə, Parsabad, Muğan və digər şəhərlərdə bəyanatları yayanlar isə tutulub.
Təbrizin Traktor futbol komandasının tərəfdarları adından da bir bəyanat yayılıb. İddia edilib ki,
“İran hakimiyyəti qəsdən Urmiyə gölünü qurutmaq istəyir”. Bəyanatda, futbol azarkeşləri şənbə günü insanları Təbrizdə etiraz aksiyasına qoşulmağa çağırır.Milli Hərəkət adından müxtəlif şəhərlərdə etiraz nümayişlərinin davamı üçün müəyyən məkanlar nəzərdə tutulub. “Urmiyə şəhərində “Kaşani”, “Ətayi”, “Besət”, “Xəyyam” və “İmam” xiyabanları, “Əyalət” və “Vilayəti Fəqih” meydanlarında etirazlar keçirilməsi planlaşdırılır.
Tehrandakı azərbaycanlı fəallar da “İmam Hüseyn” və “Azadi” meydanı arasında etiraz nümayişi keçirməyi nəzərdə tutur.
İran Azərbaycanının böyük şəhərlərindən əlavə Sərab kimi kiçik şəhərlərdə də etirazlara hazırlıq gedir.
İran Azərbaycanlıları email və internet saytlarında bəyanat yaymaqla bəzi xarici ölkələrdə də aksiyalar keçirilməsini pılanlaşdırır.
İsveçdə yaşayan azərbaycanlılar Gutenberg şəhərində sentyabrın 4-də toplantı keçirəcək. Ankara şəhərində İran səfirliyi qarşısında piket olacaq. Bakı şəhərində yerləşən İran səfirliyi qarşısında etiraz keçirilib və yeni etirazlar olacağı elan edilib.
İranda yaşayan farsların bir qrupu da bəyanat yayıb və onlar da azərbaycanlıların tələblərini müdafiə edir. Fars millətindən olan qruplar da azərbaycanlıların aksiyalarına qatılacaqlarını bildirib.
Amma, “İran Milli” adlı siyasi təşkilatının xarici bölməsi bəyanatında “bölücülük siyasətini” xatırladıb və Urmiyə gölündən bölücülüyə bəhanə kimi istifadə olunduğunu elan edib.
Yaşıl Hərəkatla bağlı internet saytlarında yayılan bəyanatlarda azərbaycanlıların elan etdiyi nümayişlər dəstəklənir və bu günü “İranda olan azlıqların himayə günü” adlandırıbla
http://www.voanews.com/azerbaijani/news/Urmiy-golunun-qurumasna-etiraz-olaraq-yeni-numayilr-planladrlr-128876743.html
هیچ نظری موجود نیست:
ارسال یک نظر