۱۳۹۱ شهریور ۲۸, سه‌شنبه

Böyük Rəsuloğlu:türklük, Farsçılıq siayasətənin qarşısında dayana biləcək təkcə ideolojidir(1

اورمو ایشچیلری :
 Dünya Azərbaycanlılarının Hüquqlarını Müdafiə Komitəsinin sədri Böyük Rəsuloğludur. 90-cı illərdə Bakıda fəalliyyət göstərən güneylilər arasında fəallığı ilə seçilən Böyük bəy yaşadığı ölkədə də fəaldır.rəhbərlik etdiyi qurum Güney Azərbaycan siyasi məhbuslarının hüquqlarının müdafiəsi ilə məşğuldur. Bizimlə söhbətində təşiklatından fəalliyyətindən, görəcəyi işlərdən və Norveçdəki Azərbaycan təşkilatları ilə əlaqələrindənVə Milli hərəkətin sorunları və çözümlərindən   danışdı. GAMOH Xalq Və İlişgilər kamesiyasının apardığı görüşmələr böyük bəylə start vuruldu. bu türlü görüşmələr gələckcə davam edəcəkdir, umazıq bunları eşidib və milli baxışımızda uyğuluyaq.bizim
göndərdiyimiz sorulara sayın rəsulöğlu belə cavab veribdir:

1.Güney Azerbaycan ve mucadile yöntemleri nədir?
- Milli azadlıq mücadiləsinin dünyadakı tarixi təcrübələri göstərmişdir ki, bu metodu o ölkə vəya millətin öz daxili şəraiti təyin etmişdir. Xarici quvvələrin və beynalxalq durumun təsirini inkar etməməklə birlikdə bugünkü dünya əfkari umumisində milli mücadilələrin əsas yöntəmini “milli haqların insan haqları çərçivəsində” qazanılması legetim bir metoddur. Ancaq, həqiqət budur ki, həmin insan haqları və onunla paralel olaraq demokrasi anlayışı və yaxlaşımı çeşitli quvvə, ideologi və siaysi baxışlar açısından müxtəlif şəkildə tərif edilməkdədir. Buda aydındır ki, tarix boyu olduğu kimi bugündə haq güclünündür, yəni güclülər qalibdır. Onun üçündür ki, Azərbaycan milli hərəkatı öz mübarizəsini zaman və məkan şərtlərinə uygunlaşdırmaqla birlikdə güclənib, yumuruğunu masaya vuraraqdan öz sözünü deməyi bacarmalıdır. Fikrimcə, böyük potansiyelimizdən faydalanaraq güclənib o ölkədə üçüncü quvvə kimi təzahür etdiyimizdə, milli qurtuluşumuzu qansız qadasız vəya heç olmasa az itgi ilə qazanmağımıza imkan yaranacaqdır. Həmən artırmalıyam ki, itgi dedyimdə təkcə özümüzdən yox bəlkə qarşımızda duranlarında böyük itgilərə məruz qalacağını düşünməkdəyəm. Onun üçündürki,  bu teorini Tehran hakimiyətinə vəya oarada hakimiyətə gəlmək istəyənlərə  anladıb doğru addım atmalarını təmin etməyə çalışmaq insani görəv sayılabilər. Təəssüflə, rasistlərin beyin qabiliyətləri dar çərçivədə sıxışıb qadığına görə, davranışlarını deyişəcəkləri də inanılmazdır.
2.Güney Azerbaycan ve insan haqları məsələsini necə görüsünüz?
- Güney Azərbaycanda geçən 100 il müddətində milli haqlarımızla paralel insan haqlarımızında pozulması sır deyil. Basqılar və asdı-kəsdi siaysətlərinə diqqətlə baxıldığında, əslində milli haqların tələbi ilə insan haqlarının pozulması səbəb və nəticə kimi görünməkdədir. Milli məsələmizin həlli üçün son onilliklərə qədər sistemli bir fəaliyət mekanizmi quramadığımız kimi insan haqlarımızında qorunması yolunda düzgün bir fəaliyət apara biməmişik. Həmin nuqsanda, bütün milli varlığımız və insani dəyərlərimizin talanması və taptalanması ilə sonuclanmişdır. İnsani haqlarımızın taptaq altında qalması o dərəcəyə çatıb ki, uşaqlarımızın adlarını belə seçmə haqqımız olmayıb, çörək olmasa arpa verin yesinlər kimi çirkin sözlərlə üzləşmişik. Böcəyə bənzətilmişik, axmaq röllərdə təmsil edilmişik, süpürgəçi məqamında tərif edilmişik. Utanacaq durum burasındadır ki, bütün bu ihanətlər qarşısında susmuşuq, vurdum duymazlıqla həyatımıza dəvam etmişik. Burada, siaysi, iqtisadi, milli, ictimai haqlarımıznin əlimizdən alınmasına toxunmağa gərək görmürəm. Ama, 30 milyonluq bir insani gücümüz ola ola bu qədər zülmə necə qatlanmışıq fikrini düşünərkən insan qərçəkdən gicəlir. Hətta bir fotbal taxımımızı alqışlamaq haqqımızın olmadığı bir halda,  necə olabilər və niyə sakit qalmışıq.
İnsan haqlarımızın taptalanması günümüzdə də dəvam etməkdə və çeşitli bəhanələrlə ayaqlar altında əzilməkdəyik. Yuxarıda qeyd etdiyim metodların dəvami ilə birlikdə insani haqlarımızı qanunlar çərçivəsində dilə gətirənlərin şkəncələrə məruz qaldığı zindanlarda çürüdüyü hamımıza aydındır. Ancaq sevindirici haldırki, insan haqlarımızın qorumasında milli hərəkatımızın inkişafi ilə birlikdə sistematik çalışan təşkilat və komitələrin qurulması ilə bu noqsan azda olsa gedərilib və bugün beynalxalq insan haqları organlarında səsimiz eşidilməkdədir. Şübhə yoxdur ki, bu komitələr və quruluşlar gücləndikcə daxildəki milli fəallarımıza olan basqılar da azalacaqdır.  Geçən 10-15 ildə bunun şahidi olduğumuzu da vurqulamaq istərdim.
3.Güney Azerbaycan ve Türkiye ilişkileri İrəlliyəəck yoxsa Bu Şəkildə davam edəcəkdir?
- Fikrimcə, Güney Azərbaycanın nəcati, özəlliklə də Fars şovinizminin geçən 100 ildə apardığı antitürk təbliqatın qarşısını almaq üçün  Türk milliyətçiliyi doğrultusu ən düzgün və təsirli xətdir. Buda bir həqiqətdir ki, Türk ölkələrində Türklük düşüncəsi yavaş yavaş inkişaf etməkdə olsa da bu fəlsəfənin yüksəlişi Quzey Azərbaycan və Türkiyədə daha qabarıq gözə çarpmaqdadır. Türkiyədə bu fikrin sabiqəsi və Türkiyə cumhuriətinin güclü bir dövlət olması, bizimlə onların arasındakı əlaqələri dahada önəmli qılmaqda və geniş zaviyədən baxılması gərəkən bir hadisədir. Şübhə yoxdur ki, bugünkü Türkiyə çeşitli qollarda düzgün inkişaf etsə də  təəssüflə milli və Türklük şuuru baxımından geri saxlanılmaqdadır. İstər böyük Atatürk-ə olan münasibət, istər onun izindən ayrılmayan ordu mnsublarına olan basqılar, istərsə də aşırı etnik milliyətçiliğin mənfi cəhətlərinə istinadən hətta müdafiəçi milli təfəkkürlülərdə danlaq altında qalmaqdadır. Hal buki, hər kəsə aydındır, Atatürk-ün milli müdafiə üçün Türk kimliyinə söykənməsi olmasaydı, Türkiyənin nəcati qeyri mümkün idi. Şübhə yoxdur ki, bizim milli düşüncəmizdə şovinizmə, ırqçılığa rasizmə yer olmadığı kikmi hər hansi bir millətin də haqqını talamağa yer yoxdur. Ama “ naqis doğru kamil yalandır” fəlsəfəsinə toxunaraq demək istəyirəmki, bizim nəcatımız üçün vacib sayılan Türk kimliyimizi inkara çalışanlar az deyil.
Bütün bunları nəzərdə alanda, dünyanın durumu, bölgə və Türkiyədəki islami dəyərlərlə, İrandaki islam hakimiyətinin durumunu diqqətlə ölçüb öz siaysət və davranışlarımızı ayarlamalıyıq. Güney Azərbaycanda, düzgün fəaliyət və təbliqatla millətimizi daha çox oyandırıb, aparacağımız fəaliyətləri daha da dərinləşdirib, özümüzü və potansiyelimizi dünya əfkari umumisi o cümlədən Türkəyədə tanıtdırmadıqca onlardan yardım bəkləmək məntiqi sayılmaz. Gərçi Türkiyədə movcud olan probləmləri nəzərə alsaq, milli mübarizəmizin müxtəlif mərhələlərində Türkiyənin harada duracağını kəsdirmək mümkün deyildir. Bununla belə Türk halkına və milli görüşlülərinə güvənərək Türkiyə dövləti ilə isti münasibətlərimizi saxlamalı və əlimizdən gəldiyi qədər aramızda yarqan yaradan quvvələrin qarşısında üşənmədən dayanmalıyıq. “Təbri,Bakı, Ankara – biz hara farslar hara” şuarının mənası çox dərindir.
4.Güney Azerbaycan ve quzey Azerbaycan ilişkileri Nə Haldadır?
- Güney və Quzey Azərbaycan arasındakı ilişkilərin özəl bir durum olduğu kimsəyə sır deyil. Başqa ifadə ilə desək Azərbaycan Azərbaycandır, istər vahid bir siaysi özəllik daşısın istər daşımasın. Türkiyə ilə aramızda qardaşlıq bağları ilə bağlanmış olsaqda, Quzey Azərbaycan özümüzük. Bəzi soydaşlarımız  orada bəzi çətinliklərlə qarşılaşa bilər, bunun tərsinə bəzi Quzeylilərdə çeşitli nədənlərlə Güneylilərdən incimiş ola bilər. Ama bunu öz millətimizin və öz dövlətimizin qusuru kimi qəbul eliyib, çatışmamazlıqları, drayət, səbir və məntiqi davranışlarla çözməyə çalışmalıyıq. Hər şeydən öncə bu məsələlərə ona görə işarə etdim ki, düşmən vəya ona maşa olanlar bütün gücləri ilə çalışırlar ki, Şumal və Güney arasında üçürüm yaradaraq bir birinə yaxınlaşmağa maniə törətsinlər. Öz içimizdə də bəzi düşüncələr bu ayrılıq görüşünü körükləyir və heçdən bir probləm yaratmağa çalışır. Fikrimce biz Azərbaycanlılar bir birimizə güvənməli və dar gündə bir birimizin arxasında olacağımızı göstərən davranışlara meydan verməliyik. Şübhə yoxdur ki, Güney Azərbaycanda bizim insanlarımızın və milli hərəkatımızın bəzi çatışmamazlıqları olduğu kimi Şumali Azərbaycanda da axsaqlıqlar movcutdur. Bu bizim millətimizin günahi deyil bizə hakim olan dovlətlərin apardıqları asimilasyon siaysəti nəticəsində ugradığımız degenerasyonun nəticəsidir. Bugün əlimizdəki imkanlardan faydalanıb vahid Azərbaycan teorisinə qatqıda bulunub gələcəyi imanlı və inamlı gənclərlə qazanmalıyıq.
İndiki şəraitdə Şumali Azərbaycan dövlətindən açıq və böyük yardım gözləmək düzgün bir siaysi fikir olamaz. Oranın inkişafi, iqtisadi, siaysi, nizami və milli gəlişməsi bizim üçün ən
böyük yardım, ən böyük ruh yüksəkliyidir. Onun üçün oradaki iqtidar – müxalifət məsələsinə
qoşulmadan, əlimizdən gəldiyi qədər, bildiyimiz inkişaf yollarını təqdimə çalışmalıyıq. Fikrtimcə, bəzi hadisələrə yeriklməkdə olan bölgəmizdə cənubi Azərbaycanda hər hansi bir dirəniş, dirçəliş vəya qarşıdurma baş verərsə, Şumalda kimin hakimiyətdə olmasından asılı olmuyaraq xalq bizə qoşulacaqdır. Bunu düzgün
dəyərləndirərək indidən aramızdakı mənəvi bağları daha da möhkəmləşdirib, kiçik probləmləri bir qırağa qoyub böyük günə hazıraşmalıyıq. Özəlliklə aramızda olan mənəvi bağları daha da gücləndirərək düşmənin oyun meydanını daraltmalıyıq. Arya ırqçılığına dayanan Fars şovinizminin “ Azərbaycan cumhuriyətinin bir qarınc topraq üstüdə olmasına da” olan mənfi münasibətini heç vaxt unutmuyalım. Mənim üçün Təbriz qədər Bakı, Urmu qədər Gəncə, Zəncan qədər Şəki Sulduz qədər Qarabağ əzizdir. Bu millət və bu topraq arasında heç bir fərq görmürəm.
5.Güney Azerbaycan ve milli teşkilatlar məsələsi və birgə hərəkət etməyi necə vurğulusunuz?
- 1997-də Bakıda Müsavat qazetində yazdığım bir məqalədə, o günün şərtlərində Güneyin içində aparılan milli mübarizə haqqında yazmışdım “ Azərbaycan milli hərəkatı təşkilatsız bir təşkilatdır”. Əslində bu sistem fəaliyətin nəticəsindədirki, bugünə qədər Tehran hakimiyətinin bütün asdı-kəsdi siaysətinə baxmıyaraq milli hərəkatımız dim dik ayaqdadır və inkişaf edir. Son zamanlar bəzi dostlarımın münasibətlərində, daxildə durgunluq sözündən istifadə edərək yorqunluq duygusu gözə çarpmaqdadır. Fikrimcə bu insanlar milli hərəkatımızın nə mahiyətindən nədə möhtəvasından yaxşı xəbərdar olmayıb, öz yorqunluqları ilə ölçürlər. Başqa ifadə ilə “ öz arşınları ilə ölçürlər”. Bu məsələyə ona görə toxundum ki, məyusluq hissi yaradan davranışlar özəlliklə tanınmış insanlarımız tərəfindən olursa, azda olsa mənfi təsirini buraxacaqdır. Bugün, daxil və xaricdə, özəlliklə daxildəki cavanlarımızın milli fəaliyətləri, özəlliklə bu gənclərin teorik düşüncələrinin inkişafi, milli stratejik çizgi cə nəzəriyəsinin müəyyənləşdirilməsindəki başarıları özü özlüyündə böyük bir mübarizənin göstəricisidir. Durgunluq deyil tam bir dinamik içində olan milli hərəkatımızın sübutunda, zindanda olan, məhkəməsi geçirilən, işdən qovulan, iltizam altında olunan və hər gün təqib edilən yüzlərcə milli fəalımızın durumundan böyük, yarqı dəyəri və ölçü tərəzisi nə olabilər. Bilindiyi kimi xaricdəki fəaliyətlərində gündən günə artdığı göz qabağındadır, gərçi yetərli deyil.
Bəlli bir zaman və məkan şərtlərinə görə təşkilatsız təşkilat formasında fəaliyətrin müsbət cəhəti düşmən əlində bitirilmə riskinin az olmasına qarşın, sistematik olmadığına görə istənilən nəticəyə gətirib çıxarması da sual altında olabilər. Ancaq, milli təşkilatlarımızın yaranması doğrultusunda atılan addımlar, nəhayət bu sistemli çalışma metoduna yiyələnib, milli mübarizəmizin son mərhələlərinə yaxınlaşdıqca özünü daha da bariz bir şəkildə göstərəcəyinə inanıram.  Bugündə milli təşkailatlarımızın fəaliyəti nəticəsində əldə etdiyimiz bəzi başarıları göz ardı etmək haqsızlıq olardı. Şübhə yoxdur ki, bu təşkilatların bəziləri, daxildə, bəziləri xaricdə və bəziləridə daxil və xaricdə daha gücdür.
Birinci Bölümün Sonu
Davam Edəcəkdir

هیچ نظری موجود نیست:

ارسال یک نظر