۱۳۹۱ مهر ۵, چهارشنبه

Böyük Rəsuloğlu:türklük, Farsçılıq siayasətənin qarşısında dayana biləcək təkcə ideolojidir(2)

اورمو ایشچیلری :

Dünya Azərbaycanlılarının Hüquqlarını Müdafiə Komitəsinin sədri Böyük Rəsuloğludur. 90-cı illərdə Bakıda fəalliyyət göstərən güneylilər arasında fəallığı ilə seçilən Böyük bəy yaşadığı ölkədə də fəaldır.rəhbərlik etdiyi qurum Güney Azərbaycan siyasi məhbuslarının hüquqlarının müdafiəsi ilə məşğuldur. Bizimlə söhbətində təşiklatından fəalliyyətindən, görəcəyi işlərdən və Norveçdəki Azərbaycan təşkilatları ilə əlaqələrindənVə Milli hərəkətin sorunları və çözümlərindən   danışdı. GAMOH Xalq Və İlişgilər kamesiyasının apardığı görüşmələr böyük bəylə start vuruldu. bu türlü görüşmələr gələckcə davam edəcəkdir, umazıq bunları eşidib və milli baxışımızda uyğuluyaq.bizim göndərdiyimiz sorulara sayın rəsulöğlu belə cavab veribdir:(ikinci bölüm)
 6.Güney Azerbaycan ve milli birlik
- Üzərində geniş müzakirə, mübahisə və fəaliyət aparılması gərəkən qonu, birlik məsələsi və düzgün bir birliyə gedən yolda qurulqcaq
körpünün sağlamlıq dərəcəsinin ölçülməsidir. Çünki, birləşib güc mərkəzinə dönüşməklə milli hərəkatımızın başarısının arasında qırılmaz bir bağ var. Başqa ifadə ilə birlik yolunu düzgün seçib irəlilədiyimiz təqdirdə Azərbaycanın nəcati qarantılaşacağı kimi bu qurtuluşun qansız qadasız oluşunuda təmin edəbilər.                     
Onun üçün birliğin tərifi, məqsədi və içdənliyinin açıqlanması gərəkdiyi kimi onun çeşitli anlayışlardakı alqılarıda aydınlanmalıdır. Fikrimcə birliyin ən gözəl tərifi bu ata sözlərində  yatmışdır “ birlikdən güc doğar- birlik dirlikdir- el gücü sel gücü”. Ama kim kim ilə birləşəbilər, birləşmə hansı modeldə oalbilər, birləşmə hansı məqsəd və haraya kimi dəvam edəbilər anlayışları da düzgün təhlil edilməlidir. Şübhə yodur ki, Azərbaycan milli hərəkatının içində qurtuluş üçün eyni ylou seçənlərin birləşməsi ən təbii, ən verimli və ən vacib məsələrdən biridir. Başqa ifadə ilə Güney Azərbaycanın istiqlali yolunda fəaliyət göstərən 4-5təşkilatın bir araya gəlməsi ağla yaxın bir görüşdür. Azərbaycan milli hərəkatının
“Azərbaycan mərkəzli düşüncə sistəminə” girən federalçı (Fedealizm ilə bağlı sualların 13-cü bəndində geniş fikir bildirəcəyəm) bölümünündədə asanlıqla birləşməsi ağla batan və vacib
məsələ sayılmaqdadır. Bütöv Azərbaycançıların asanlıqla bir araya gələbiləciyi kimi,  milli müxtariyətçilərin, Anadilimizin rəsmiləşməsini və sayrə düşüncəlilərində bir ararya gəlməsi həm təbii həmdə asan sayıla bilər. Bu yazıda, eyni fikirdə olan çeşitli qrupların nə üçün bir araya gələmdikləri sualı hamıya aydın olduğuna görə ona toxunmuram.  
Ancaq bu birləşmələrin bütün milli hərəkatı qapsamadığı aydındır, başqa sözlə bu qruplarında arasındakı fərqliliklər nəticəsində milli hərəkatımızın bəlli mərhələlərdə zərbə alabiləciyidə aydındır.  Birləşmənin başqa modellri və yollarınada azcacıq toxunaraq təhlilimi dəvam etməyə çalışacağam.
Birləşmə çeşitli təşkilatlar və fikridaşlar arasında olduğu kimi bəlli bir şəxsin ətrafında dayrə qurmaqla da mümkündür. Təbiidir ki, belə bir krizmatik şəxsiyətin böyük istedadi, gücü, cəsarəti, düzgün təfəkkürü və çeşitli özəllikləri gərəkməkdədir. Bu təhər birləşməyə qarşı çıxanlar, bunun dikatorluqla nəticələnəcəyindən danışaraq məhkum edirlər. Bu fikirdə olan soydaşlara demək lazimdir ki, bizin nə dövlət, nədə hükumətimiz vardır ki, hərhansı bir mənafe üçün hər hansı bir diktatorluqdan danışılabilsin.  Fikrimcə milli hərəkatın inkişafi yolunda, millətimizin nəcati üçün düşmən qarşısında kəskin mövqə tutmaq diktatorluq olmadığı kimi ən vacib davranışdır və nəcat yolumuzu qısalda bilər. Ancaq, öz daxilimizdə milli fəalları vurub səhnədən çıxarmaq üçün kəskinlik, diktatorluqdan ötəyə millətə xəyanət sayılmalıdır. Bəzi dayaz düşüncəlilərin ona buna sataşmağı kəskinlik tərif etməsi, hətta bu kəskinlikdə çərçivəsində xoşlanmadıqları soydaşlarımıza İran casusu leqbi verməsi, ondan da bətəri rəqib saydıqları mübarizlərin əleyhinə saxta sənədlər düzəltməsi bu çirkin xəyanətin tam özüdür. Bunlara demək lazimdir ki, içimizdə sizin kimi yaramazların törətdiyi ayrılıqlar, bölünmələr, etimadsızlıqlar varkən İran dövlətinin casusuna ehtiyac qalmamaqdadır.  Millətini düşünən bir lider o millətin içindən ondan da dəyərli bir insanın çixib və millətə yön verəcək insanların olabiləciyini unutmamalıdır. Bir rəhbərin çətri altında  birləşmənin böyük müsbət cəhətlərini vurqulamaqla birlikdə  əsas probləmi bütün milli fəalları içinə alamamsı və özəlliklə düşmənin yaradacağı alternativlər vasitəsi ilə hərəkətin içində daha da dərin çatlaqlar açmağa çalışacağıdır. Belə bir rəhbərin heç bir təşkilata üzv olmaması, bütün millətə səslənəbiləcyi halda qeyd etdiyim probləmin qarşısı nisbətən alınabilər.
Birləşmənin başqa modeli də hər hansı bir təşkilatın qapsamlı, düzgün və sistematik fəaliyəti nəticəsində güclənib millətin diqqətini çəkməsi olabilər. Belə bir durumda bütün hərəkətin birləşmsi mümkün olmasa da böyük yüzdəsinin qoşulacağı başarı qaplarını genişləndirəcəkdir.
Yuxarıda açıqlamağa çalışdığım bütün bu birliklərin çətinliklərindən, probləmlərindən və olabiləcək çatışmamazlıqlarından danışsam da heç birisi kənara qoyulmamalıdır. Imkan daxilində hər hansi bir formada birləşməyin, milli hərəkatımıza faydalı olacağı inkar edilməzdir.
Çeşitli formada birləşmək usullarını  analiz edərkən ən doğru yolun bütün milli hərəkati, “dilçisindən bütöv Azərbaycançısına qədər” birləşdirmək modelini axdarıb tapmaq tarixi zərurət kimi qarşımızdadır. Ötə yandan, bu sistemin beynalxalq huquq normaları əsasında legetimliyi və eyni zamanda daxil və xaricdə açıqca fəaliyət imkani çərçivəsində olmasının faydaları inkaar edilməzdir. Bugün Güney Azərbaycanda dilçilər, hətta çevrə qoruyuçularının başına gələnləri hamımız bilməkdəyik. Ancaq, dünya əfkari umumisinin, insan haqları preniplərinin qorunması ugrunda beynalxalq qınaqların təsiridə unutulmamalıdır.  Bəzilərinə görə, bəlkədə çoxlarına görə belə bir birliyin yaranması mümkün olmasa da bu model haqqında düşünərək fikir yürüdənlər olmuşdur. Şübhə yoxdur ki, bütün milli fəallar və təşkilatlarımızı, mübarizəmizin son mərhələsinə qədər bir araya gətirmək mümkün deyil.
Ancaq , bəlli bir mərhələyə qədər vəya bəlli bir istəklərə çatana qədər hər şəxs və təşkilat öz fikir və fəaliyətindən vaz geçmədən “Şura” formasında “iş birliyinə” getməsi imkan daxilindədir. Bu düşüncə ilə  10-15 il öncə 10-15 nəfər Güney Azərbaycanlı bir araya gələrək “birlik təşəbbüs qrupu” adı altında fəaliyətə başladı. Onun arxasınca 6-7 il öncə “ Güney Azərbaycan Milli Birlik Şurası” –nın yaranması üçün fəaliyətlər dəvam etdi. Bir vacib məsələni vurquluyaraq “Milli Şura” nın prensiplərini aşağıda təqdim etməyi faydalı sayıram. Milli Şuraya heç bir təşkilat üzv olmaz, ancaq refrandoma hazırlıq mərhələsinə çatana qədər imkani daxilində orada çalışmaq üçün üzv verər və buna qatqı ilə o təşkilatın başqanı otomatik olaraq “Milli Şuranın” “danışmanlıq” qurumunda üzv olar. “milli shur.com” sitəsində, əsasnamə yazı və səs formasında təqdim edildiyi kimi bu prensiplər də qeyd edilmişdir.

 Milli Şuranın prensipləri
 Yaranmaqda olan “Güney Azərbaycan Milli Birlik Şurası”nın əsasnaməsinin tənzimlənməsində, bu müddət ərzində iştirak edən, çeşitli siaysi görüş sahibləri, aydınlar və təşkilat nümayəndələrinin düşüncə və təklifləri yer almaqdadır. Bütün düşüncə və təkliflərdən seçilmiş “Milli Şura” yol xəritəsinin təkmilləşərək bugünə gəlib çıxması, bizdə, bu yolun birliyə gedən təkcə körpü olması inancını yaratmışdır.
Bu yolun çeşitli maniələrlə qarşılacağı hər kəs tərəfindən aydınca bilinməkdə olsa da, inananların iradəsini qıra bilməmişdir. Birliyə gedən yolun düzgün təsvirini anlamaq üçün geçən bu müddət ərzində, bəzən səmimiyətlə, bəzənsə qeyri səmimi olaraq yaranan çox sayılı birliklərin baş tutmuyaraq az müddətdə dağılması da bu yolun doğruluğunun bir sübutu sayıla bilər. Çeşitli ocaqlar və şəxsi maraqlardan qaynaqlanan bu maniələrin, bu çətin yoqquşu dirmaşmaqda bizi zorladığını inkar etmirik. Başqalarının uğur qazanmasını, özlərinin şəxsi ehtirasına maniə bildiklərinə görə daş dığırladanları qınamaqdan başqa əlimizdən bir şey gəlmir. Ancaq, buna da inanırıq ki, Azərbaycan Milli Hərəkatının birləşməsi nəhayət “Milli Şura” yolundan geçəcək və geçəcək.
Bu düşüncə ilə yola çıxaraq, eyni halda, təəssüflə soydaşlarımızın böyük əksəriyətinin ana dilimizdə oxuma imkanının zəyif olduğuna görə, Milli Şuranın 4 əsas prəsiplərini aşağıda təqdim edirik. Uzun və qapsamlı əsasnamədə gizlənən bu prənsipləri, orada oxumağın çətinliyini nəzərdə alaraq, milli hərəkatımızın birlik ehtiyacını hiss edən səmimi soydaşlarımızın, bunları oxuyub, Milli Şuranı yaratmaqda olanlara qoşulması arzu edilməkdidir.
Bu prəniplər:
1- “Güney Azərbaycan Milli Birlik Şurası” nın hədəfi Güney Azərbaycanda “milli müqəddəratı” təyindir. BMT-nin 1960-da 1541 sayılı bəyannaməsi və onun yan müzakirələri əsasında Güney azərbaycanlılar bir millətdir. Onun üçün öz müqəddəratını “müstəqil bir dövlət yaratmaq””başqa bir dövlətlə bütövləşmək” vəya hərhansı bir ölkə ilə “federal/konfedral” formasında yaşamaq haqqı var.

(bax: Məramnamənin 1.5- ci bəndində əlavə 1 və 2 bölümlərinə).
2- Milli Şuranın idarə sistemi “Başqanlıq Şurası” vasitəsi ilə aparılır. Kimsənin sədarət iddeaları yol veriməzdir.

(Bax: Nizamnamənin 2.1.2 bəndi “təşkilat çartı” və 2.2.1 “başqamlıq şurası”bölümünə)
3- “Milli Şura”nın ideolojik xətti “ Azərbaycan Mərkəzli Düşüncə sistemi” dir. Yəni, hər şeydən öndə və öncə Güney Azərbaycan probləmini həll etməyə çalışır.

(bax: Məramnamə bənd 1.3 “Birlikdə fəaliyət modeli” və onun alt bəndi 1.3.1 bölümlərinə)
4- “Milli Şura”demokratik qaydalara dayanaraq fəaliyət edər. Bütün seçimlər və işlər səs vermək usulu ilə həyata geçər. Bütün üzvlər öz fikir vəya mənsub olduqları təşkilatın görüşlərinə sadiq qalaraq burada fəaliyət göstərir. Ancaq “refrandoma hazırlıq mərhələsi”ni qazandıqdan sonra, mənsub olduğu fikiri burada təbliq edəbilər.

(Bax: Məramnamədə 1.2.2.3 bəndi “Refrandoma hazırlıq mərhələsi” 1.2.3 fəaliyət platforması və nizamnamədə 2.1. ci bəndin “qurultay” bölümlərinə)
Güney Azərbaycan Milli Birlik Şurası
Təşkilat Komitəsi 22.11.2010

7.Güney Azerbaycan ve İran- ın geleceğinde rolu
- Güney Azərbaycanın İranın gələcəyindəki rolunu geçən 100 ildəki tarixi gəlişmələr kölgəsində dəyərləndirmək gərəkir. Gərçi bugün tarix boyu tayı görünməmiş bir milli hərəkata yiyilənmişik və bu milli oyanışın təsiri də göz qabağında tutulmalıdır. Iranda demokrasının ən böyük düşməni Fars şovinizmidir. Arya ırqına dayanan bu ırqçı düşüncə təəssüflə farsların və fars hakimiyətlərinin iliklərinə qədər yeridiyinə görə o ölkədə demokratik bir düzən qurulacağına əsla inanmıram. Onun üçündür ki, bizi aldadıb rejim davası meydanına sürükləmək fəaliyətlərin Azərbaycanımızın ziyanına olacağına kəsin gözlə baxıram. Bu davalara qoşulmaqla Azərbaycan və milli hərəkatımız onların içində əriyəcək, rejimlərdən asılı olmuyaraq genə başımıza börk geçəcəkdir. Onun üçündür ki, Azərbaycan milli hərəkatı öz istiqlaliyətini qorumasa, İrandaki rolu ancaq rejim deyişilməsi ilə dəyərləndiriləbilər. Bu sözlərin yanında bir gərçəyi də unutmamalıyıq ki, biz hər halda o ölkədə yaşayırıq və təbii olaraq orada baş verənlərin bizə, və bizim milli fəaliyət və mübarizəmizin onlara təsiri danılmazdır. Başqa ifadə ilə bizim, o ölkədən ayrılaraq tarixi topraqlarımızda bir müstəqil dövlət qurmamız o ölkənin neçə tikəyə bölünməsinə gətirib çıxaracqdır.  Belə bir mürəkkəb və qarışıqlıq içərisində ən doğru yol Azərbaycan milli hərəkatı birləşib güc mərkəzinə dönüşərək üçüncü quvvə kimi təzahür etməsidir. Aydın məsələdir ki, dünyada baş verən bütün milli qurtuluş mübarizələrində olduğu kimi bizimdə mübarizəmizin sonu müzakirə yolu ilə başa çatacaqdır. Ama üçüncü quvvə kimi təzahür etmədikcə hər hansi bir müzakirə istər bügünkü hakimiyətlə istərsə də gələcək alternativlərlə hərəkatımızı təhrif edəcək və nəcat yolumuzu tıxayacaqdır. Sonunda bir daha vurqulamaq istəyirəm ki Azərbaycan milli hərəkatı öz müstəqillyini qoruyaraq sistematik fəaliyətlə iş biriliyinə gedib böyük potansiyelini işə salmaqla özünə böyük töhfələr verərək o ölkə , bölgə və dünyadakı dəngələrin deyişməsində təsirli rolu olacaqdır.
8.Güney Azerbaycan ve ODP
- ODP güney Azərbaycan üçün sıxıntı yaradan projelerden ən önəmlisi olmasa da əhəmiyətlilərindəndir. Bu projənin həyata geçməsi İraq-dan başlasa da yavaş yavaş yayılmaqda və həqiqi mənada ortadoğuda böyük deyişikliklərin meydana gəlməsində meydan oxumaqdadır. Bu projənin, bölgədəki yeraltı qaynaqlar, özəlliklə neft ilə ilgisi, İsrailin qorunmasının qarantılaşdırılması və bu doğrultuda bəzi ölkələrin sınırlarının deyişməsi planı özünü aydınca göstərməkdədir. İsrail qədər olmasa da ona bənzər bir Kürd dövlətinin yaranması prosesi sürətlə dəvam etməkdədir. Özəlliklə Türk ordusunun zəiflədiyi bir zamanda bu məsələnin üstündə dərin düşünmək və çarə yolu axdarılmalıdıır. Güney Azərbaycanla bağlı heç bir vəd vermiyən bu projə qarşımızda 3 probləm yaradacaqdır.
A- Kürd şovinist qruplarının təcavüzü nəticəndə ortaya çıxan düyünün daha da dərinləşməsi.
B- Türkiyə ilə sərhədlərimizin arasına geçilməz səddin yaranması.
C- Kərkükdə yaranan acı durumun Güney Azərbaycanın batı bölgələrindəki bəzi şəhərlərdə yaranacağı.
Həmən artırmalıyam ki, Azərbaycan milli hərəkatının fəaliyətləri nəticəsində Güney probləmi yavaş yavaş dünya əfkarı umumisinə çıxsa da, bəzi quvvələr özəlliklə bir Amerikan senatının bizimlə bağlı fikirləri bəzilərini sevindirsə də indiki durumda bizimlə ilgili bir durum deyişməsi inanılmazdır.
İstər İraq-da, Suriyədə, istərsədə Türkiyədə ortada olan durum və bəzi siyası çıxış və davranışlar  göstərirki, ODP-sinin yerinə yetirilməsinə zəmin yaranmışdır. Bəşar Əsəd, ordusunu Suriyənin şumalında yaşayan Kürd bölgələrindən çəkib oraları PKK-lılara təslim etdikdən sonra, ölkədəki Kürd dəstələrinin siyasi zindanilərini azad edib, Türkiyə əleyhinə işə
saldıqdan sonra SKY TÜRK tv də “indi söz sizdədir” programı aparılmaqdaydı. Qonaq
sifətində BDP eş başqanı Selaheddin Demrtaş-ın ortadoğu projesi ilə bağlı söylədikləri fikirlər, bu işlərdə əli və xəbəri olan bir şəxs kimi düzgün təhlil edilməli və təhlükənin yaxınlaşması gözlənilməlidir. Həmin şəxsin , o günlərdə Urfada geçirdiyi bir salon toplantısı danışığında, ayaqlarını yerə vuraraq “ mənim bu durduğum yer Kürdüstandır” dəvamında,       “ Iğdırdan Hataya qədər  Kürdüstandır” sözlərini düzgün təhvil almaq gərəkir. Şübhə yoxdur ki, Türkiyə siaysətini Türk xalqı təyin edəcəkdir, biz sadəcə sayın Erdoğan və Davudoğluna diyə blilərik ki, Məsud barzani, sizin düşündüyüz kimi islami dəyərlərə inanmır, sizi aldadır. Ama biz Azərbaycanlılar başımızı qara quyluyarq  gələcək müsibətləri görməməzlikdən gəlib gözləməkdənsə hər şeyə hazır olmalıyıq. Özəlliklə bu haqda düşünərkən Fars ırqçılarının Arya ırqına dayanaraq Kürdlərə meydan verərək bizim qarşımıza tikəcəkləri və tikdikləri unutulmamalıdır.
9.Güney Azerbaycan ve Kürd sorunu
- Güney Azərbaycanda Kürd sorununun acı bir tarixi var. Özəlliklə, birinci və ikinci dünya müharibəsi zamanında Urmu kimi şehərlər və ətrafında millətimizin başına gətirilənlərin acısı illər boyu dəvam etmişdir. Bir məsələyə hamımız diqqət yetirməliyik ki, bu talan və zülmlərin yerinə yetirilməsində bəlli səbəblərə görə Tehran hakimiyətləri direkt olmasa da göz yumaraq xalqın əzabini artırıb. Bunun ən bariz nümünəsi ikinci dünya müharibəsindəki Urmu hadisələrində Şah rejiminin tutumu və islam hakimiyətinin batı Azərbaycan seçgilərindəki oyunudur. Kürd talanlarına göz yuman fars hakimiyətlərinin bir səbəbi ırqçılıqla bağlı olsa da ikinci səbəbi, qırqınlardan geriyə qalan Türkləri “Tehran hakimiyətinin güclülüyü təqdirdə bu hadisələrin qarşısının alına bilmə görüntüsünün yaradılmasıdır”. Onun üçündə diqqət edilirsə o dönəmdə Urmuda Şah tərəfdarları artaraq, Tehranın gücünün əmin əmanlıq gətirəcəyinə inanmalarıdır. Millət bilmirdi ki, Şahın ordusu qəsdən uzaqda durur, qırqınlar olduqdan və mallar talandıqdan sonra müdaxiləyə başlayır. Bu fikri 1955-də, yəni talanlardan 7-8 il sonra Təbrizdən Urmuya köçdüyümüzdə, Cəhətli kəndində ağalıq bağının bağbanı olan 70 yaşındakı Şəmsəddin əminin sözlərindən anlamışam. Bu və buna bənzər məsələlərə mənim yaşımın icazə verdiyi qədər xatirə və eşitdiklərimə işarə edəcəyəm. Baxmıyaraq ki, 1992-də Tehranda çap etdiyim  “ Qanlı illər” kitabına yazdığım önsözdə işarələr etmişəm. Ama, millətin ayıq düşməsi və olayların gələcək nəsillərə çatması vacibliyinə görə tikrarını faydalı görürəm. Həmin zaman “Qarahəsənli” kəndində yaşayan Kəlbə Canəli əminin tək başına kürd talançılarının qarşısında 3 gün müqvimət göstərərək kənd əhalisinin qaçaraq Urmu şəhrinə pənah aparmasına imkan yaratdığı qəhrəmanlığıda eşitdiym xatirələrdən idi. O kişiyə hamı kənd sakinləri böyük ehtiramla yanaşaraq milli qəhrəman kimi qarşısında əyildiklərinin şahidi olmuşam, özümdə əyilmişəm. Bu sözləri ona görə yazıram ki, bəzi təbliqatlarla millətimizi psikolojik qorxuya salanlar bilsinlər ki, Kürd hücumlarının qarşısında dayanmaq ən doğru qərardır. Islam inqilabi günlərində bu müqavimətin şahidləri və başarıları çoxlarına aydındır.
Bunun yanında, bugün bu zorakılıqların işarələri ilə birlikdə qarşımızda yaratdıqları siyasi sorunlar da özünü açıqca göstərir. Kürd təşkilatlarının istisnasız olaraq Qərbi Azərbaycan topraqlarını öz xəritələrində göstərərk milli kin və nifrət yaratmaları hamımıza aydındır. Bütün TV və informasyon vasitələrində bu fikri təbliq edərək açıqca təcavüz siyasətlərini ortaya qoymaqdadırlar. Qəribə burasındadır ki, nəçə gün öncə Diyarbəkir-in BDP-li bələdiyə başqanı açıqca “böyük Kurdüstan dövlətinin yaranmasında, öncə Türkiyə-İraq və Suriyədəki Kürd başkəndlərini sıraladıqdan sonra, Şumali Kürdüstan-ın ( İran Kürdüstanı) paytaxtının mahabad ( Sovuqbulaq) olduğunu bildirdi. Başqa ifadə ilə güney Azərbaycan Milli Hərəkati canlı bir Kürd sorunu ilə qarşı qarşıyadır. Hər kəs yaxşı bilirki, bizim onlarla heç bir probləmimiz yoxdur, Kürd dəstələri bu sorunu yaratmaqdadır. Bütün hallarda, bu gərginliklərin qarşısını almaq üçün ən vacib olan, birləşib güc mərkəzinə dönüşmək olsa da  aşağıda yazdığım təkliflərə diqqət çəkirəm:

A-    Güclərin balansı
Urmu ətrafında yaşayan Kürdlərə, anladaraq başa salmaq lazımdır ki, artıq bugün Azərbaycan və Azərbaycanlıların durumu geçmişdəkindən fərqlidir. Güclü milli hərəkatımız getdikcə güclənir və məntəqədə hər hansi bir hadisə baş verirsə cananə müqavimətlə üzləşəcəkdir, qarşı hucumlarla cavablandırılacaqdır. Nəticə, onların məğlubiyəti ilə sonuçlanacağına görə, Kürd dəstələrinin yalançı təbliqatlarına inanıb özlərini bəlaya salmasınlar, qanlarının axmasına razi olmasınlar.
B-    Xalqın silahlanması
Urmu və ovadakı Tük kəndlərində əskidən bəri hər evdə bir silah saxlama adət və ənənəsi vardır. Bugün bu ənənə bir az zeyifləsə də nisbi olaraq qorunmuşdur. Misal üçün Çongaralı kəndində indidə silahsız ev tapılmaz. Demokrat partisinin Sulduza olan hucumunun qarşısında bu kənd əhalisinin güclü müqaviməti dillərə dəstan oldu. Özünü müdafiə üçün bütün imkanlardan, o cümlədən silahlı müqavimətdən faydalanmaq yerli və beynalxalq qayda və huquqlara əsaslandığı kimi bizim tarixi geçmişimizində bir ülgüsüdür. Biz heç bir millətin əleyhinə deyil, özümüzü qorumaq üçün qətiyən silahlanmalıyıq.
C-    Təbliqat
Kürd dəstələrinin Güney Azərbaycandan topraq iddeaları kimsəyə sır deyil. Bu haqda, daxil və xaricdəki dəstəkçilərinin yardımı ilə apardıqları geniş təbliqatın əleyhimizə olan nəticələri də göz qabaqındadır. Bunun yanında, baş verən hadisələri də necə öz xeyirlərinə çevirmək siaysətindəki məharətləridə inkar edilməzdir. Bunun son numunesi, geçən il Urmu gölü ilə Urmuda geçirilən geniş təzahüratda bir kürdün iştirakı olmadan və ola bilmiyəciyindən xəbəri olan Kürd təbliqtaçıları onu müsadirəyə çalışmalarıdır. Ama bu haqda, önəmsədiyim bir hadisənin şahidi olduğum üçün bu xatirəni yazmağıda faydalı hesab edirəm.
1979 islam inqilabi ərəfəsində Tehranda yaşadığıma baxmıyarq, Kürd talanlarının tarixcəsindən xəbər dar olduğuma görə Urmu-ya tez tez gedib gəlsəmdə Sulduza hucumlarında orada deyildim. Baxmıyaraq ki, Urmu qışlasına (sərbazxana) və Nazli kəndinə etdikləri hucumların qarşısının alınmasının şahidi idim. Sulduz hadisəsi baş verdiyi zaman Tehranın Narmək məhəlləsinin Əhmədiyə məscidinin qapısına asılmış 2 metir uzunluğu bir metir ənində bir əlamiyə gördüm. Orada, Malla Həsəninin və Urmudan gələn Türklərin Qarnaya hücümü, oranı talan və Kəndi xərabəyə çevirdikləri və öldürülənlərin adları yazılmışdı. 1-2 il sonra, çalışdığım bir məhəndis müşavir şirkətinin Sulduz ovası, Şorgöl, Gadar və Balıqçı çaylarının projəsində iştirak etdiyimə görə oralarda iki ilimi geçirtdim. Sulduz ovasında dağılmış Türk kəndləri, yıxılmış Türk evləri bir yana dursun, kəndlilərin qan ağladığı bir durumda, hucumçu demokratların içində çoxlu Türk solçularınında olmasını eşitmək ən ağır ən faciəli sözlər idi. Xanaya gedərkən yol üstündə olan Qarna kəndinə girdim, hər şey sağlam, üçülmüş ev, dağılmış yuva yox, biçimli bir kənd gördüm. Təəssüflə bəzi soydaşlarımız hələdə o yalanları gəvşəməkdədir.
Bütün bunlar göstərir ki, istər daxildə istər xaricdə, istər milli duyguların inkişafi , istər topraq bütünlüyümüz , istər məzlumlulğumuz istərsə də gücümüz haqqında təbliqatlarımız genişlənməli, millətimiz və dünya əfkari umusinin diqqəti bu məsələyə çəkilməlidir.
D-    Müzakirə
Yuxarıda da toxunduğum kimi bütün probləmlər nəhayət müzakirə yolu ilə həll olur. Ona görə Azərbaycan milli hərəkatı müzakirələrə hazır olmalı və mümkün qədər düyünləri bu yolla çözməyə çalışmalıdır. Ancaq müzakirələrin zaman , məkan və
şəraiti düzgün seçilməlidir. Bizim heç bir millətin varlığı və toprağında gözümüz
olmadığı kimi heç bir millətin o cümlədən Kürd xalqının haqlarının danılmasına razi deyilik. Azərbaycan milli hərəkatının, daxil və xaricdə Əhvaz Ərəbləri ilə olan isti münasibətinin müsbət nəticələri göz qabağındadır. Soydaşlarımız olan Türkmən və başqa Türk boyları ilə yaxınlığımız təbii sayılsada başqa millətlərlə barış içində müştərək düşmən qarşısında mübarizənin başarısının qatlanacağı aydındır. Ancaq, Kürd dəstərinin topraq iddeları qarşısında onlarla müzakirə vəya iş birliyi, millətimizin, aldanaraq müqavimətini azaldacağına göre öz millətimizə xəyanətdir. Onun üçündür ki, Azərbaycan milli hərəkati üçün Kürdlərlə müzakirəyə başlamağın şərtləri olmalıdır. Topraq iddeaları ilə bağlı bütün təbliqatlarını durdurmalı, bütün yalançı xəritələri silməli, əleyhimizə apardıqları fəaliyətləri dayandırmalı və aryaçı şovinistlərin əlində alət olmaqdan çəkinməlidirlər.

10.Güney Azerbaycan ve qarabağ
- Qarabağ düyünün açılmazlığının əsas səbəbi, Rusya, İran dövlətlərinin siyasəti və Qərb ölkələrinin kristiyanlıq təəssübündən irəli gəlməkdədir. Güney Azərbaycanda səslənən ”Fars,Rus, Erməni- bunlar Türkün düşməni”  şuarı göstərirki, milli hərəkatımız ağı qaradan seçdiyi kimi dünya siyasətinidə düzgün tərəzidə ölçməkdədir. Aydındır ki, bu probləm sadəcə Azərbaycan ve Ermənistan arasında qalsaydı, çoxdan həll olmuşdu. Bu fikiri ona görə söylədim ki, güclü tərəf haqsız olsa da başqalarının haqqını çeyniyərək haq sahibi olur. Ermənistan bu güclərə arxalanıb ərköyünləşməsəydi  , əlbətdəki bugün bizim işqal edilmiş topraqlarımız olmazdı. Bu nəticəni almaq istəyirəm ki, Qarabağ probləminin həlli, eyni halda buna ona yalvarmaq qınından çıxmaq üçün hər şeydən öncə güclü olmağımız gərəkir. Şumali Azərbaycan cumhuriyəti, bəlkədə quldurluqla məşquk olan Rus və fars qabağında duracaq qədər güclü olamıyacaq. Ama , gücləndikcə nisbi olaraq söz sahibi olub, müzakirələrdə daha möhkəm sözünü deyib, söyüşlə sevişi yerində işldrək probləmin həllini yaxınlaşdıra bilər. Ama Güney Azərbaycan milli hərəkatı gücləndikcə, tərəzidə Azərbaycan dövlətinin xeyrinə dördüncü quvvə kimi daxil olacaqdır. Güney Azərbaycanın nəcati ilə İran dövləti səhnədən çəkilməli olacaq və Ruslarında siyasətində yeni döllənmələr zərurəti doğacaqdır. Buda, Qarabağın işqaldan azad olmasına müsbət təsir göstərəcəkdir. Qarabğda müharibə gedən zaman bir çox Güneyli gönüllü olaraq oraya getdi və ya getmək fikrində idi ama düzgün bir organizasyon olmadığına görə gedəmədi. O zaman bəzi Güneylilərin fikrində, Güneylilərin Qarabağ müharibəsinə qoşulub, oranı Ermənilərdən təmizləməklə birlikdə Güneydə baş verəcək hər hansı bir toqquşmaya hazir olmaq üçün təcrübə qazanmaq niyəti də varidi. Şübhə yoxdur ki, bu mürəkkəb dünyada və hakim durumda bütün bu teoriləri dəqiqliyi ilə qəbul etmək çətindir. Ama bir həqiqət var, bölgdə baş verəbiləcək deyişikliklər nəticəndə güclü Güney Azərbaycan bu düyünündə çözümündə aslan payı olabilər.
11.Güney Azerbaycan ve gelecekde iqtisadi sorunlar
- Güney Azərbaycanın tarixi topraqlarında iqtisadi potansiyel həddindən artıq yüksəkdir. Qarışıqlıqlar zamanı iqtisadi çətinlikləri nəzərə almasaq, sakitlik vaxtı Güney Azərbaycanın iqtisadiyatının çox gəlişmə imkanı var. Bilindiyi kimi Pəhləvi sulasəsi hakimiyətə gələndən bügünə qədər, Tehranın asimilasyon siaysətinin bir paydasıda Azərbaycanın iqtisadiyatının talanması olmuşdur.  Bugünkü iqtisadi geri qaldığımızın boyutları hər cəhətdən hamıya aşkar olduğuna görə ona toxunmuram. Düşünürəm ki, Tehranın quyruğunda sürünərək özgələşmiş ölkəmizdə, iqtisadiyatda heç bir halda bu günkündən geri qalınmıyacaqdır.
12.Güney Azerbaycan ve bağımsızlık
- “Şərəfli millət öz bayrağının altında yaşar” ifadəsi çox dəyərli və geniş mənali bir anlayışdır. Dünyanın heç bir yerində heç bir millət tapa bilməzsiz ki, müstəmləkə halında özgə dövlətin quyryğuna bağlı olaraq xoşbaxtlıq qazansın. Özəlliklə, iylənmiş rasist təfəkkürünü mənimsəmiş bir millətin kəlvətinində dustaq olan toplumların qımıldayıb əl qol açması heç
mümkün deyil. Bugün Güney Azərbaycanda bütün varlığımızın talanması bir yana dursun, Urmu gölünün quruması, son zəlzələdə ölüm ayağında olan insanlara saymamazlıq göstərilməsindən, ögey münasibətdən alınacaq dərs ibrət vericidir. Dinc, rahat və azad yaşamaq üçün bağımsızlıqdan başqa yol yoxdur. Boynunda boyunduruq olan millət, incə bir qıl ilə bağlana biləcəyinə görə qartal olsa üçamaz, aslan olsa qaçamaz.  Fikrimcə bu barədə bu neçə cümlə yetərli olsa gərək.
13.Güney Azerbaycan ve fedralizm
- Güney Azərbaycanda “Azərbaycan mərkəzli düşüncə sistemine” daxil olan federalizmin qarşısında olan çətiniklər istiqlalın qarşısında olanlardan az deyil. Yuxarıda qeyd etdiyim düşüncə sisteminin xaricində, çeşitli model federallıqların ortaya atıldığı bilinməkdədir. Utanmaz, Möhsün Rizai-nın iqtisadi federalizm teorisini ortaya atması isə tam bir kələk tam bir avanturistlik, sütəmər uşaqı qaqa diyərək aldatmaqdır. Şahin oğlundan tutmuş, üzdən iraq demokrat düşüncəli cumhiriyətçilərə qədər, Azərbaycanın oyanış və qurtuluşunun qarşısını almaq üçün aparılan bu federalizm oyunu tam bir aldatmaca, tam bir çirkin siaysi oyundur. Təəssüflə, bəzi soydaşlarımızda bu oyunun oyuncağı olub, hər hansi bir şəxsi mənafe üçün öz millətinə arxa çevirmişdir. Bütün hallarda, federalizm düşüncəsinin milli hərəkatımızı təhrif etməsi, millətimizin qollarını  başqa formada zəncirləməsi fikri, bayıra atılası bir teori deyildir. Bu məsələnin geniş anladılması, özü özlüyündə böyük bir yazı və təhlilə ehtiyacı vardır. Hətta əgər gücümüzün artması qorxusundan titrətməyə düşəcək İran adı altında aryaçı ırqçı kəsim etnik federalizmədə razılıq versə uzun illər boyu yerinə yetirilməsi mümkün olmuyacaqdır. Bunun ən bariz göstərgəsi, Azərbaycanın tarixi topraqlarının hüdüdlarını təyin etmək üçün 50 il bu federalçıları dolandıracaqlar. Yavaş yavaş güclərini artırıb, bizi əzəbiləcək duruma gəldikdən sonra ”nə hamam nə tas”.  Kürəyimizi genədə yerə vuracaqlar, başımızı Şah-lar, Şahzada-lar ayağının altında qurban kəsəcəklər. Onların vədlərinə aldanan, balaca bir məqam, iş vəya maddı gəlir üçün üzdən ıraq siyasətçilərimizin dizlərinə vurması da fayda vermiyəcəkdir.
Onun üçündür ki, fikrimcə Azərbaycan milli hərəkatının bugünkü zamana uygun olaraq dil istəyənləri, federalçılardan daha çox Azərbaycana faydalı olacaqlar.
14.Güney Azerbaycan ve kendi muqedderatını belirleme
-  Milli mübarizəmizin nəticəyə çatması üçün “milli müqəddəratı təyin” siaysəti ən doğru yoldur, su və soyuq geçirməz kürkdür. Bu qızıl xətt, milli hərəkatımızın birləşməsinə meydan verdiyi kimi legetim və beynalxalq huquq qaydalarına uygunluğu ilə altın körpüdür. Bir millətin səsi ilə istiqlal, federal vəya bütövlüyə gedən yolun seçilməsi qədər məntiqə uygun və qapsamlı model tapılmaz. Onun üçündürki, yuxarıda da qeyd etdiyim kimi “ Güney Azərbaycan Milli Birlik Şurası” bu xətti seçmiş və onu əsas hədəf kimi qəbul etmişdir. Həmən artırmalıyam ki “milli şura” fikrincə referandomdan öncə 5 il müddətində hazırlıq mərhələsi geçirilməlidir. Bu haqda və birləşmiş millətlər təşkilatının 1960- cı il 1541 sayılı bəyannaməsi barədə əsasnamədə geniş məlumat verildiyinə görə sözü bundan artıq uzaltmıram.
15.Güney Azerbaycan ve idoloji
- Güney Azərbaycanın idelojik nəzəriyəsi Türklük mehvəri ətrafında dolanan Azərbaycançılıq fəlsəfəsi olmalıdır. Şübhə yoxdur ki, sərbəst bazar sistemi, demokratik idarə usulu və liberal ekonomik düzən yaşadığımız dövrün qəbülləndiyi ən bariz məfhumlarıdır. Ancaq, diqqət edilməlidir ki, liberal sistemlərdə demokratik düzən yoxsa, millətin qaragününə yol açar. Belə bir durumda, diktatorlara yaltaqlananlar bütün imkanlar o cümlədən iqtisadi imkanlardan geniş faylanacağına görə ölkə kausa sürükələnər. Bir tərəfdə var dövləti bitmiyən özünüküləşmiş sinif, ötə yanda isə ac yatan kütlə yaranar. Azad bazar iqtisadiyatının verimliliyini artıran ən önəmli faktorlarından olan rəqabət səktəyə ugrayacağına görə ölkənin

inkişafi dayanar, rant ekonomisi qalib olar.
Yuxarıda qeyd etdiyim türklük, Arya ırqçılarının Farsçılıq siayasətənin qarşısında dayana biləcək təkcə ideolojidir. Onun üçün bu təfəkkürü təhrif edib çeşitli yalanlarla milli  
hərəkatımızı bu dirənç hissindən yoxsunlaşdırma çabalarına inanmamalıyıq. Güney Azərbaycanda “ haray haray mən Türkəm” şuarının dəyəri bilinməli və sonuna qədər dəvam etdirilməlidir.
Hörmətlə : Böyük Rəsuloğlu
23.08.2012

هیچ نظری موجود نیست:

ارسال یک نظر