۱۳۹۱ شهریور ۲۴, جمعه

Güney Azərbaycan milli fəalları topluluğundan "Sürgündə Güney Azərbaycan (İran) qələm dərnəyi"nə açıq məktub

اورمو ایشچیلری :
01.09.2012 tarixi etibarı ilə "انجمن قلم آزربایجان جنوبی در تعبید " (Sürgündə Güney Azərbaycan qələm əncüməni), quruluş ildönümü münasibəti ilə bağlı paltalk otağında milli hərəkat içrə, ədəbiyyatın nə səviyyədə mənimsəndiyinə dair bir toplantı keçirdi. Toplantıdaki dartışılan
qonular "Əncümən" in quruluş mahiyyəti ilə bağlı (Ədəbi dərnək ya siyasi təşkilat) uyumsuzluq daşısa da, əsas məsələ, o toplantıdan qısa sürə sonra pusquya yatan "Paniranistlər və İran ettelaatı" biran öncə lillənmiş sudan balıq tutma havası ilə Güney Azərbaycan`ın dəyərli aydınlarından və ziyalılarından olan sayın Arif Kəskin`ə qarşı həmlələrinə və təxribatlarına başladılar. Başladılan təxribatlar və qarayaxmaların genişliyinə baxarsaq, Facebook daxil İran adlanan ölkənin ettelaatına bağlı "azəriha" sitəsində ve paniranistlərin tribunaları sayılan "İranglobal" sitə
sində davam etdirildi amma "əncümən" in bu saldırılara qarşı günlərdir səssizliyini və umarsızlığını qoruması bizə görə çox təəccüblü bir olaydır.
Sözü keçən çevrələr tərəfindən sayın Arif Kəskin`ə qarşı başladılan bu qarayaxmaları, əslində Güney Azərbaycan milli hərəkatına qarşı atılan çirkin iftiralar olaraq dəyərləndirməkdəyik,
Başladılan bu kirli kampaniya biz milli fəallara, mübarizəmizdə nə dərəcədə ciddi davranmağımız və aydınlarımızı qorumaqda da nə qədər həssas olmağımız gərəkdiyini xatırlatmaqdadır.
Əslində bizlərin üzgünlüyünə və eyni zamanda da heyrətinə səbəb olan əsas məsələ o toplantıya qonaq olaraq dəvət edilən sayın Arif Kəskin, ev sahibi tərəfindən iftiralara qarşı müdafiə edilməməsi olmuş bunun üçündə əncümənin susqunluq səbəblərini öyrənməyə vadar etmişdir.

"Sürgündə Güney Azərbaycan (İran) qələm dərnəyi" nə soruşuruq; Bu Əncümən Güney Azərbaycan milli hərəkatına aiddirsə nədən qonağını və ziyalısını müdafiə etmir? Nə üçün bu səssizliyinə davam edir? Bu davranışlarla gələcək günlərdə düzənləmək istəyəcəyiniz toplantıların etibarı milli hərəkatda, sizlər üçün önəm daşımır mı?
Sizcə, sizin səssizliyiniz, sayın Arif Kəskin`in əleyhinə atılan qarayaxmalara qarşı bir təsdiq işarəti sayılmaz mı?

Biz Güney Azərbaycan milli fəalları "Sürgündə Güney Azərbaycan (İran) qələm dərnəyi"n dən tələb edirikki çox qısa bir zamanda hərkəsində gözlədiyi kimi, qarayaxmaları yayanlara qarşı təpgisini ortaya qoyub Əncümənlə bağlı milli fəallar arasında yaranan etimadsızlığı ortadan qaldırsın əks təqdirdə əncümənin etibarı və məşruiyyəti haqqında milli hərəkatın daha geniş kütləsi ilə istişarələrə, müzakirələrə və təmaslara başlatmamız gərəkəcəkdir.

هیچ نظری موجود نیست:

ارسال یک نظر